Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
6-12-2024, 16:42
Sumqayıtdakı partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI


Sumqayıtdakı partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI

Dekabrın 3-ü Sumqayıt şəhərində baş verən partlayış zamanı xəsarət alan ata və oğulun son vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən sorğusuna bildirilib ki, 1977-ci il və 2007-ci il (kişi cinsli) şəxslər 04.12.2024-cü il tarixində saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar.
"Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü şəxs və başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Ağırlıq dərəcəsinə əsasən xəstələr xüsusi boksdadır. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri ağır olaraq qalır", - açıqlamada qeyd olunur.
Xatırladaq ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
6-12-2024, 15:45
Üç gün leysan olacaq - XƏBƏRDARLIQ


Üç gün leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
6-12-2024, 15:39
Bakıdakı separatçılar ailələri ilə danışdılar


Bakıdakı separatçılar ailələri ilə danışdılar

Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.
6-12-2024, 15:33
Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi


Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
İstintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.
6-12-2024, 13:56
Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir


Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.
Bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.
Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.
6-12-2024, 13:17
Partiyası ləğv edilən Əhməd Oruc hirsləndi - AÇIQLAMA


Partiyası ləğv edilən Əhməd Oruc hirsləndi - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Azadlıq Partiyası ləğv olunnub.
Ə.Oruc bildirib ki, partiyanın ləğvi ilə bağlı qərar qanunsuz və bununla razılaşmır:
"Qərar heç bir prosedur gözlənilmədən, siyasi sifarişlə qəbul edilib. Ona görə biz qurultay keçirməyi planlaşdırırıq. Qərarla bağlı partiyanın geniş məlumatı yayılacaq. Mən milli azadlıq hərəkatından gəlmiş adamam, ömrün ən azı 35 ilini bu proseslərə vermişəm. Hesab edirəm ki, milli maraqlardan çıxış edən siyasi qüvvələrin olmasına bu gün ehtiyac var. Siyasi partiya olmağın nə üstünlüyü var? Tutaq ki, mən Əhməd Oruc, yaxud qeydiyyatı ləğv olunmuş Azadlıq Partiyası sədri adından çıxış edəcəm. Nə dəyişir? Milli azadlıq hərəkatından gələn, satılmayan, əyilməyən, barmaqla göstəriləsi çox az adam var. Elə bilirlər ki, hamı boyun əyib satılmalıdır. Bizə özümüzü buraxmaq haqqında çoxlu təzyiqlər, vədlər olsa da, qəbul etmədik. Biz Azərbaycanda çox azsaylı insanlardanıq ki, alınıb satılmırıq. Sayımız çox azdı. Ona görə meydandan çıxmağı düşünmürük".
Ə.Oruc hazırda maddi təminatını necə olmasından da danışıb:
"15 il bundan əvvəl fermam olub. Həmişə mən halal əməklə dolanmışam. İndi də halal əməklə dolanıram. Ferması olmaq insan üçün qürur mənbəyidir. Hakimiyyətin, yaxud xaricdən kimlərinsə 3-5 qəpiyinə tulalıq etməkdənsə, öz halal zəhmətinlə dolanmaq şərəfli işdir. Bunu başa düşüb, qiymətləndirənlərin təəssüf ki, sayı çox deyil. Azərbaycanda artıq halal-haram, insanlıq anlayışları tədricən aradan götürülür. Fermam 2015-ci ildə tamam ləğv olundu. İki inəyim qalıb, bu arada onlar da doğub. Daşdan çörək çıxarda bilən adamam. İstənilən mühitdə insanlar necə dolanırsa, mən də onların cərgəsində oluram. Böyük təsərrüfatım, bağım-bağçam var. Məqalələr yazmaqla, məsləhətçiliklə bağlı da fəaliyyətlərim olub, indi də var".
Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.
6-12-2024, 13:09
Azərbaycanda hər beş avtomobildən biri istismara yararsızdır


Azərbaycanda hər beş avtomobildən biri istismara yararsızdır

"Qüvvədə olan qanuna əsasən, təsdiqedici sənəd yalnız operator tərəfindən reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər".
Bunu "Təmiz Şəhər" ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib.
Şöbə müditinin sözlərinə görə, hazırda bir utilizator - "Fors" MMC reyestrdə qeydiyyata alınmış 40-a yaxın yararsız nəqliyyat vasitəsini utilizasiyaya qəbul edib:
"Həmin nəqliyyat vasitələrinin üçdəikisinin yaşı 31 ildən yuxarıdır. Qəbul edilən nəqliyyat vasitələri texniki və ekoloji təhlükəsizlik qaydaları çərçivəsində hissələrə ayrılır, çeşidlənir və təkrar emal üçün yararlı hissələr müxtəlif müəssisələrə göndərilir. Bu da öz növbəsində ətraf mühitin mühafizəsinə töhfə verir və iqtisadi dəyər yaratmağa xidmət edir".
Mirzə Laçınov qeyd edib ki, hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. O bildirib ki, statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir.
6-12-2024, 12:37
Yaşı 60-dan yuxarı olan müəllimlər də attestasiyaya cəlb ediləcəklər


Yaşı 60-dan yuxarı olan müəllimlər də attestasiyaya cəlb ediləcəklər

Əmək qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və yaşı 60-dan yuxarı olan musiqi müəllimləri attestasiya olunmayan işçilərin siyahısına daxil deyil.
Vu barədə mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq attestasiyanın keçirilməsinə 1 ay qalmış işçilərə bildiriş təqdim olunacaq.
Qeyd edilib ki, attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində məktəb direktoruna göndəriləcək.
6-12-2024, 11:58
Məhkəmə Əhməd Orucun partiyasını ləğv etdi


Məhkəmə Əhməd Orucun partiyasını ləğv etdi

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb.
Azadlıq Partiyasının sədri Əhməd Orucdur.
5-12-2024, 20:58
Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT


Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT

Bakıda tükürpədən cinayət baş verib.
Yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.
Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.
Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.
Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib.
Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!