Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi .....                        Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ .....                        Tramp hərbi əməliyyatlara hazırlaşır .....                        Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı .....                        Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi .....                        Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı .....                        Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI .....                        Baş nazir iki milli parkla bağlı qərar verdi .....                        Qaxda 14 yaşlı məktəbli güllələndi .....                       
25-11-2024, 15:34
Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ


Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ

Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.
Bunu “Azərbaycan müəllimi”nə Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 nəfər təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: “Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir”.
B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semester üzrə kreditlərə faiz hesablanmır.
İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211781 manat təşkil edib.
Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221729 manat təşkil edib.
25-11-2024, 15:28
Bakıda yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi


Bakıda yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanıb. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.
Həyata keçirilən təkmilləşdirmə işlərinin tərkib hissəsi olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Son illərdə Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək.
Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.
Əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.
25-11-2024, 15:21
Azərbaycanın qırıcı təyyarələri havaya qaldırıldı - VİDEO


Azərbaycanın qırıcı təyyarələri havaya qaldırıldı - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.
Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir.
Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.


25-11-2024, 15:07
Ermənistanın müfadiə naziri ön xəttə gəldi - FOTO


Ermənistanın müfadiə naziri ön xəttə gəldi - FOTO

Ermənistanın müfadiə naziri Suren Papikyan noyabrın 25-də Azərbaycanla sərhəd zonasına səfər edib.
Bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.
Nazir cəbhə xəttində müxtəlif irimiqyaslı işlərin gedişi ilə tanış olub, məsul qurumların rəhbərlərinə tapşırıqlar verib.

25-11-2024, 14:16
NATO nümayəndələri Bakıda


NATO nümayəndələri Bakıda

NATO nümayəndələri Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etmək üçün Bakıya səfər ediblər.
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.
Qeyd edilib ki, səfər çərçivəsində NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev ilə görüş keçiriblər.
Görüş çərçivəsində, Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı məsələlər, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib və müzakirələr zamanı Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə NATO-nun etibarlı tərəfdaşı olduğu qeyd edilib.
25-11-2024, 14:11
MSK bələdiyyə seçkilərini bu tarixdə elan edəcək


MSK bələdiyyə seçkilərini bu tarixdə elan edəcək

Azərbaycan Respublikası növbəti bələdiyyə seçkilərinin astanasındadır.
Mərkəzi Seçki Komissiyası (MSK) 26 noyabr 2024-cü il tarixində iclas keçirəcək.
Həmin iclasda növbəti bələdiyyə seçkilərinin vaxtının elan olunacağı gözlənilir. Qanunvericiliyə görə, səsvermə tarixi MSK tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Belə olanda halda bələdiyyə seçkilərinin 2025-ci ilin əvvəllərində keçiriləcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bundan əvvəl bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.
Xatırladaq ki, bələdiyyə seçkiləri 5 ildən bir keçirlir. Sonuncu bələddiyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.
25-11-2024, 14:06
Prezident bələdiyyələrin birləşməsini təsdiqlədi


Prezident bələdiyyələrin birləşməsini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın".
Birləşmiş bələdiyyələrin geniş siyahısı ilə buradan tanış olmaq olar.
25-11-2024, 13:27
Yeni qanun layihəsi hazırlanıb - Mikayıl Cabbarov


Yeni qanun layihəsi hazırlanıb - Mikayıl Cabbarov

“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət strukturlarına təqdim edilib.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ölkədə özəl investisiyaların daha da artırılması, özəlləşdirmənin davam etdirilməsi, ixrac potensialının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
25-11-2024, 13:12
Yeni metro qatarlarının təmirinə 1 milyon manat xərclənəcək


Yeni metro qatarlarının təmirinə 1 milyon manat xərclənəcək

"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının komponent səviyyədə zəmanətli təmiri işləri həyata keçiriləcək.
Belə ki, "Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarların elektron avadanlıqlarının, dünya istehsalçılarının müxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqların komponent səviyyədə zəmanətli təmiri aparılacaq. Bununla yanaşı, mikrikontrollerlərin proqramlaşdırılması işləri də icra olunacaq.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sözügedən işlərin icrasını "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.039.414,8 AZN (1 milyon 39 min 414 manat 8 qəpik) olan müqavilə bağlayıb.
25-11-2024, 12:52
Sabah yağış yağacaq


Sabah yağış yağacaq

Azərbaycanda noyabrın 26-da havanın yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!