Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
31-03-2025, 18:40
Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir"


Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir"

Azərbaycan Mətbuat Şurası Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir, media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir.
Bu barədə Şuranın bəyanatında qeyd olunub.
"Məlumdur ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi “Döyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb. Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir. “Döyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdür. Media qurumunun saxtakarlığı, peşədən sui-istifadə təmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə, erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış, olduqca yanlış və təhlükəli yanaşmadır", - bəyanatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Mətbuat Şurası yaxın keçmişin xoşagəlməz təcrübəsinə əsaslanaraq, bütövlükdə Almaniya və Qərb mediasının Cənubi Qafqazda sabitliyin, asayiş və firavanlığın formalaşmasına maneçilik törətmə ehtimalı böyük olan hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayır, jurnalistika prinsiplərinə sadiqliyi regionun hazırkı həssas durumuna adekvat münasibət göstəricisi hesab edir: "Mətbuat Şurası bir daha “Döyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyət tərzindən təəssüfləndiyini bildirir. Bu fəaliyyət qəbuledilməz yanaşmadır və regionda sülh gündəliyinə ciddi zərbədir. Media orqanını Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırır".
31-03-2025, 18:37
Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı


Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda “Dağlıq-Qarabağ” adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
31-03-2025, 18:30
Ermənistan dezinformasiya yayır


Ermənistan dezinformasiya yayır

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır:
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir".
31-03-2025, 18:23
56 yaşlı kişini ildırım vurub öldürdü


56 yaşlı kişini ildırım vurub öldürdü

Şəmkir sakinini ildırım vuraraq öldürüb.
Hadisə Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini 1969-cu il təvəllüdlü F. Bağırov ildırım vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
31-03-2025, 17:00
Şuradan "Atası olmayan qız almaram" deyən aparıcıya cavab


Şuradan "Atası olmayan qız almaram" deyən aparıcıya cavab

Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.
Məsələyə Audiovizual Şura da münasibət bildirib.
“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proaramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcək.
Aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.
31-03-2025, 16:07
Şimal bölgəsində 5 kənddə yanğın


Şimal bölgəsində 5 kənddə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Qalağan, İstisu, Xaspoladoba, Canaxır kəndələrində və Quba rayonunun Küsnət kəndi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz, Şabran və Quba rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri yanğınların söndürülməsinə cəlb olunub.
Xaçmaz rayonunun Xaspoladoba kəndi və İstisu qəsəbəsi ərazisindəki yanğınlar havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əməliyyat şəraitinə uyğun olaraq hazırda digər yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, hazırda bəzi ərazilərdə müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
31-03-2025, 14:20
İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı


İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.
Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
31-03-2025, 13:37
Masallıda TIR aşdı: tıxac yarandı - Hadisə yerindən görüntülər


Masallıda TIR aşdı: tıxac yarandı - Hadisə yerindən görüntülər

Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yük avtomobili aşıb.
Dağıstan Respublikasına aid olan "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.
Faktla bağlı araşdırma aparılır.
31-03-2025, 13:32
Eyni rayonda 10 gündə 3 körpə öldü - Rəsmi AÇIQLAMA


Eyni rayonda 10 gündə 3 körpə öldü - Rəsmi AÇIQLAMA

TƏBİB Sabirabadda bayram günlərində ölən körpələrlə bağlı məlumat yayıb.
TƏBİB-dən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.
Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.
Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.
31-03-2025, 13:10
Həbsdəki ərinə narkotik keçirmək istədi, yaxalandı


Həbsdəki ərinə narkotik keçirmək istədi, yaxalandı

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!