İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
11-02-2025, 16:12
Bakıda metro stansiyalarına yeni adlar veriləcək


Bakıda metro stansiyalarına yeni adlar veriləcək

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirıər Planı"nda əksini tapıb.
Sərəncama əsasən, il ərzində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikasında adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi təmin edilməlidir.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Milli Məclisə tövsiyə olunub.
11-02-2025, 16:07
Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı”nı TƏSDİQLƏDİ


Prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı”nı TƏSDİQLƏDİ

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncamı təsdiq edib.
Sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
11-02-2025, 15:37
Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması ilə bağlı cinayət işləri başlanıb


Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması ilə bağlı cinayət işləri başlanıb

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.
11-02-2025, 14:40
Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır


Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır

Bakı şəhərindəki “Rus evi” fəaliyyətini dayandırır.
Bu barədə qurum özünün sosial media hesabında paylaşım edib.
“Rus evi” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
Bu gün mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
11-02-2025, 14:28
Qəbələdə çayda meyit tapıldı


Qəbələdə çayda meyit tapıldı

Qəbələnin Savalan kəndində Türyan çayında qadın meyiti tapılıb.
Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1960-ci il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızı olduğu məlum olub.
İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
11-02-2025, 14:25
Bakıdan təkliflərimizə cavab gözləyirik - Simonyan


Bakıdan təkliflərimizə cavab gözləyirik - Simonyan

“Ermənistanın verdiyi istənilən yol heç bir üstünlük olmasa belə, Azərbaycan tərəfindən dəhliz adlandırılacaq”.
Bunu fevralın 11-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, dəhliz statusu Ermənistan üçün qəbuledilməzdir.
“Ermənistan ərazisindən heç bir ekstraterritorial dəhliz olmayacaq”, - deyə Simonyan vurğulayıb.
Parlamentin spikeri qeyd edib ki, yola nəzarət kameralardan istifadə etməklə həyata keçirilə bilər və orada rusiyalı hərbçilərin olması vacib deyil.
O bildirib ki, Ermənistan yolların açılması ilə bağlı bütün məsələlərə dair, o cümlədən yük və sərnişinlərin yoxlanılması rejimi ilə bağlı Azərbaycana təkliflər verib və onları müzakirə etməyə hazırdır.
Parlament sədri qeyd edib ki, bütün qərarlar qarşılıqlılıq prinsipinə əsaslanmalıdır.
“Kazanda bu təkliflərin təfərrüatlarının müsbət müzakirəsi aparılıb və Bakı təkliflərin onlar üçün məqbul olmadığını bildirənə qədər biz cavab gözləyirik. İlkin mərhələdə, çox güman ki, yük daşınmasından danışacağıq. Ermənistanın marağı ondan ibarətdir ki, İəvan Naxçıvan ərazisindən Rusiya və İrana yol alsın. Düşünürəm ki, 1-2 il ərzində normal məntiqlə ticarətə, yaşamağa başlasaq, cəmiyyətdəki ab-hava ilə bağlı bir çox suallar aradan qalxar. Yan-yana yaşayan iki xalq əbədi düşmənçilik içində ola bilməz”, - deyə Alen Simonyan sözlərini yekunlaşdırıb.
11-02-2025, 14:08
Gəncədə qaz sızmasından partlayış oldu - Xəsarət alan var


Gəncədə qaz sızmasından partlayış oldu - Xəsarət alan var

Gəncədə evdə qaz sızmasından partlayış olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, fevralın 11-də saat 00:30 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə sifətin, hər iki əlin II dərəcəli termiki yanıq diaqnozu ilə hospitalizasiya olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
11-02-2025, 12:56
Azərbaycan hərbçisi faciəvi şəkildə həyatını itirdi


Azərbaycan hərbçisi faciəvi şəkildə həyatını itirdi

Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində "Toyota" markalı avtomobil yolu keçən piyadanı vurub.
Hadisə zamanı Şeydabəy Qəhrəmanov həyatını itirib. Həyatını itirən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu olub. O, hadisə zamanı məzuniyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
11-02-2025, 12:39
Sumqayıtda avtobus sürücüsü döyüldü


Sumqayıtda avtobus sürücüsü döyüldü

Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxsi polis saxlayıb.
Bu barədə DİN-dən bildirilib.
Fevralı 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.
Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
11-02-2025, 12:27
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında fevralın 12-də gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!