Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        “Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO .....                        Ulu Öndər Abşeron Rayonunda anıldı .....                        Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova .....                        Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik .....                        Naxçıvan Dövlət Universiteti barədə yeni qərar .....                        İlham Əliyev fərman imzaladı .....                        Kəlbəcərdə həlak olan hərbçimiz bu rayondandır .....                        Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi .....                       
10-10-2022, 17:55
Xüsusi təyinatlıların birgə təlimi başlayıb


Xüsusi təyinatlıların birgə təlimi başlayıb

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb. Birgə təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
10-10-2022, 17:36
Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan etiraf


Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan etiraf

Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistan Respublikasının sərhədlərinə daxil deyil. Bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən deyib."Söhbət noyabrın 9-dan sonra Azərbaycanın nəzarətinə keçən hissədən gedir. 2010-cu ildə parlament tərəfindən qəbul edilmiş “İnzibati ərazi bölgüsü haqqında” qanuna əsasən, Gorus-Qafan yolunun həmin hissəsi Ermənistanın sərhədlərinə daxil deyil”, - Aleksanyan bildirib. Belədirsə, erməni tərəfinin niyə 30 ildir yolun həmin hissəsini işlətdiyinə gəlincə, deputat deyib ki, bu, birinci Qarabağ müharibəsində əldə edilən qələbə sayəsində təmin olunmuşdu. Eyni zamanda o, keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, Ermənistanın o vaxtkı bütün büdcəsi Azərbaycanın hərbi büdcəsindən aşağı idi və Bakıda toplanan silahlar nə vaxtsa atəş açmalıydı. Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə 2020-ci ilin dekabrında keçib. Bu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra baş verib. Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib. 2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur-red.) gömrük və polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub. Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunları üzrə bəyanat qəbul edilib. Ermənistan və Azərbaycan hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
10-10-2022, 17:33
Kəlbəcərdə kəşfiyyat işləri aparılır


Kəlbəcərdə kəşfiyyat işləri aparılır

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2020-ci il tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı çərçivəsində müvafiq fəaliyyətini davam etdirir. Butov.az xəbər verir ki, sözügedən tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə edilib. Bu çərçivədə Cəmiyyətin geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilməkdədir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır. Qeyd edək ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.








10-10-2022, 17:29
Bu tarixdə Günəş tutulacaq


Bu tarixdə Günəş tutulacaq

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması baş verəcək. BDU-nun Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.
10-10-2022, 17:24
34 mülki vətəndaş mina qurbanı olub


34 mülki vətəndaş mina qurbanı olub

Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər, Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9000-ə yaxın piyada, 2500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.
10-10-2022, 17:21
UNEC “British Council”un rəsmi tərəfdaşı oldu


UNEC “British Council”un rəsmi tərəfdaşı oldu

UNEC-də “UNEC Language Center” (ULC) Dil mərkəzinin açılışı olub. Butov.az xəbər verir ki, mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və universitet əməkdaşları iştirak ediblər. Rektor Ədalət Muradov qonaqlara mərkəzin fəaliyyəti, eləcə də universitetdə xarici dilin tədrisi barədə məlumat verib. Bildirib ki, ULC-də UNEC-in peşəkar müəllimləri tərəfindən “General English”, “Business English”, “Business Correspondence”, “Academic English” və “IELTS” kursları təşkil olunacaq. Sonra UNEC ilə “British Council” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, rəsmi IELTS tərəfdaşı olaraq, UNEC də British Council tərəfindən IELTS imtahanları təşkil olunacaq. Tələbələr Dil mərkəzində qeydiyyatdan keçərək, imtahana yazıla bilərlər. Mərkəzdə həftə sonları IELTS sınaq imtahanlarınin keçirilməsi nəzərdə tutulub.“UNEC Language Center”ə (ULC) UNEC-in dosenti Aysel Xəlilova rəhbərlik edəcək.



10-10-2022, 17:14
Sabahın hava durumu


Sabahın hava durumu

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.
10-10-2022, 17:06
Sabahın hava durumu


Sabahın hava durumu

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-7° isti, gündüz 11-16° isti olacaq.
10-10-2022, 17:02
Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı


Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı

Son iki gündə Azərbaycan Ordusu Kəlbəcər və Daşkəsəndə 153 mina aşkarlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.




10-10-2022, 15:38
"Qarabağ"ın dünya reytinqindəki mövqeyi


"Qarabağ"ın dünya reytinqindəki mövqeyi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Butov.az xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb. İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!