"Qəbələ" "Səbail"i məğlub etdi .....                        ABŞ-la Ermənistan arasında qərargah danışıqları .....                        Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı .....                        HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi .....                        Laçında müntəzəm marşrut xətləri açıldı .....                        Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək? .....                        Sülhməramlılar Xocalı aeroportunu tərk edir .....                        Slovakiyanın Baş naziri Azərbaycana gəldi .....                        Qədim keltlərin (seltlərin) mifoloji terminlərinin izahı .....                       
12-09-2022, 20:20
Qazi evə görə özünü yandırıb?


Qazi evə görə özünü yandırıb?

Bu gün Vətən Müharibəsi qazisi Elnur Rüstəmov özünü yandırıb. İddiaya görə, qazi Xəzər rayonunun Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq bu addımı atıb. Butov.az hadisəyə aydınlıq gətirmək üçün həmin rayonun deputatı Rauf Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin telefon zəngimizə deputatın köməkçisi Əfrasiyab Əmirov cavab verib. O bildirib ki, qazi Elnur Rüstəmov deputata hər hansı şikayətlə müraciət etməyib: “Qazi Elnur Rüstəmov 3-cü dərəcəli əlillik alıb. Elnur mənzil növbəsinə götürülüb. Onun qeydiyyatı Mərdəkan qəsəbəsindədir. Amma hazırda Buzovnada yaşayır. Gəlib deyib ki, məni niyə incidirsiniz, ancaq probleminin nə olduğunu söyləməyib. Yerli bələdiyyə tərəfindən həmişə ona kömək göstərilib. Bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq ilin sonunadək mənzillə təmin olunacaq”. Qeyd edək ki, Elnur Rüstəmovun bədəninin 70 faiz hissəsi yanıb. O, Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsinə yerləşdirilib.
12-09-2022, 20:17
Hərbi xidmətlə bağlı qanun dəyişir


Hərbi xidmətlə bağlı qanun dəyişir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. Butov.az xəbər verir ki, sentyabrın 16-na planlaşdırılan iclasın günmdəliyinə aşağıdakı məsələlər daxil edilib:
1.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-ilin yaz sessiyası dövründə gördüyü işlər barədə hesabatı.
2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-cilin payız sessiyası üçün nəzərdə tutulan iş planı haqqında.
3. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6. “Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.
12-09-2022, 20:11
Əmək Məcəlləsinə dəyişiklik ediləcək


Əmək Məcəlləsinə dəyişiklik ediləcək

İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, bu günlərdə dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb. Ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır. Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.
12-09-2022, 20:02
Yoluxma sayı ikirəqəmliyə düşdü


Yoluxma sayı ikirəqəmliyə düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

12-09-2022, 20:00
Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır


Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır

Daha bir qazi özünü yandırıb. Butov.az-ın məlumatına görə, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər. Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır. Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.
12-09-2022, 19:52
Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər


Bakı məktəbliləri əvvəlki formaları ilə məktəbə gələcəklər

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər. Məktəb direktorlarının bütün bu məsələləri nəzərə alması və diqqət mərkəzində saxlaması zəruridir. Onu da qeyd edək ki, öz seçimi əsasında qərar vermiş valideynlərin yeni məktəbli formalarını "Bakı Tikiş Evi"ndən alması da mütləq deyil. Məktəb rəhbərləri tərəfindən valideynlərə yeni məktəbli formasının alınması ilə bağlı hər hansı bir məcburi yönləndirmə olarsa, valideynlərdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat vermələri xahiş olunur.
12-09-2022, 19:46
Qızım uşağa zəhər verəndən sonra boğub - Dəhşətli qətlin təfərrüatı


Qızım uşağa zəhər verəndən sonra boğub - Dəhşətli qətlin təfərrüatı

Bakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub. Butov.az xəbər verir ki, körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb. “Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam. Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”. Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış. “Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib. Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.

12-09-2022, 19:44
Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə


Xüsusi təyinatlılarımız Türkiyədə təlimdə

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.
12-09-2022, 19:42
“Whatsapp”da onlayn lotereya - Mindən çox adam "tor"a düşüb


“Whatsapp”da onlayn lotereya - Mindən çox adam "tor"a düşüb

Son aylar “Whatsapp” ani mesajlaşma mübadilə sistemində onlayn lotoreyaların təşkil olunduğu, qoyulan pulun 5 qatının əldə ediləcəyi barədə şirnikləndirici vədlər verilərək orada iştirak edən şəxslərin aldadıldığı barədə Daxili İşlər Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Nazirlikdən verilən məlumata görə, bu işlə bağlı zərərçəkən şəxslərin, eləcə də onlayn lotoreya keçirmək adı altında insanları aldadan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində “Whatsapp” qrupları yaradaraq guya onlayn lotoreya təşkil etməkdə təqsirli bilinən Aida Əliyeva və tanışı Pavlov Qennadiy saxlanılaraq Baş İdarəyə gətiriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxslərin kişi və qadın istifadəçiləri üçün ayrı-ayrılıqda lotoreya təşkil etdikləri 2 “Whatsapp” qrupu olub. Kişilərin qrupunda adminlik Pavlov Qennadiy, qadınların qrupunda isə Aida Əliyeva tərəfindən həyata keçirilib. Hər iki qrupun isə birlikdə 1000-dən artıq üzvü olub. Saxlanılan şəxslər insanlarda inam yaratmaq məqsədi ilə hər gün qruplarda guya müxtəlif şəxslərə ödənişlər etdiklərini bildiriblər və bunun üçün saxta ödəniş qəbzləri hazırlayaraq paylaşıblar. Həmçinin Aida Əliyeva qrup üzvlərinə səsli mesajlar göndərərək bu işdə ona guya cəmiyyətdə xüsusi nüfuzu olan şəxslərin dəstək olduğunu və ödənilən pulların 5 qat qazanc formasında onlara geri qaytarılacağına vəd edib. Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Aida Əliyeva və Pavlov Qennadiy təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşları onalyn platformalarda yayılan və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemləri rəşkil edən şəxslərə, həmçinin lotoreya adı altında şişirdilmiş qazanclar vəd edən “işbazlara” inanmamağa çağırır.



12-09-2022, 19:18
Türkiyədə güllələnən azərbaycanlıların adları


Türkiyədə güllələnən azərbaycanlıların adları

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində 11 sentyabr 2022-ci ildə axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb. Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib. Rəsmi məlumata görə, hadisə nəticəsində Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimov xəsarət alıblar. “Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - Baş konsulluqdan bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!