Kapital Bank-ın Laçın filialı açıldı .....                        Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatdı .....                        Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyandan xəbərdarlıq .....                        Paşinyanın müavini Quterreşin köməkçisi ilə danışıqlar apardı .....                        "ASAN TV"yə yeni baş redaktor təyin edildi .....                        Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO .....                        Qırğızıstan-Tacikistan sərhədində insident .....                        Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi .....                        Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir açıqlama .....                       
13-09-2022, 19:49
Ermənistan atəşkəsi pozdu - Rəsmi


Ermənistan atəşkəsi pozdu - Rəsmi

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
13-09-2022, 19:46
İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək


İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin sammit çərçivəsində Prezident İlham Əliyev ilə yanaşı, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
13-09-2022, 19:44
Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib


Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən hərbi hissəsi gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsi nəticəsində məhv edilib.Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Bildirilib ki, aktiv döyüş fəaliyyəti yerinə yetirən hərbi hissənin vurulması nəticəsində ölən və yaralananlar var. Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları cəlb edilməyə başanılıb. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.

13-09-2022, 19:42
Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı


Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Butov.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin valideynləri etiraza qalxıblar. Onlar Ermənistan parlamentinin binası qarşısında toplaşaraq, övladlarının ölümünə görə hakimiyyətin günahkar olduğunu bildiriblər. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışır. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.
13-09-2022, 19:34
Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu


Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu

“Rusiyadan qaz tədarükü kəsildikdən sonra Avropa əvvəlcə bizə, sonra Azərbaycana müraciət etdi. Bunun səbəbi nə idi?” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Çünki Qərbin can Azərbaycanın qazına ehtiyacı var. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını artırsın. Amma indi Qərb nə edir? Paxıllıq Avropa İttifaqının gözünü kor edir”, - deyə XİN başçısı vurğulayıb.
13-09-2022, 19:33
Külək güclənəcək, leysan olacaq


Külək güclənəcək, leysan olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.
13-09-2022, 19:27
Hərbçi oğlunun öldüyünü eşidən erməni intihar etdi


Hərbçi oğlunun öldüyünü eşidən erməni intihar etdi

Ermənistanda hərbçi oğlunun ölüm xəbərini eşidən kişi həyatına qəsd edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Bildirilir ki, oğlunun ölümünə dözə bilməyən erməni kişi intihar edib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.
13-09-2022, 19:25
Peqov: “100-dən çox erməni hərbçi ölüb”


Peqov: “100-dən çox erməni hərbçi ölüb”

Rusiyalı hərbi jurnalist, ermənipərəst mövqeyilə seçilən Semyon Peqov Ermənistanın sərhəddəki toqquşmalarda 100-dən çox hərbçi itirdiyini bildirib. Bu barədə o, özünün teleqram kanalında məlumat paylaşıb. Peqovun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurma zamanı 100-dən çox erməni hərbçi ölüb: “Hazırda döyüşlər davam edir, Basarkeçərdə vəziyyət çox ciddidir. Azərbaycanlılar bir neçə erməni postuna nəzarəti ələ keçirib”. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan isə sərhəddə silahlı toqquşma zamanı 49 erməni hərbçisinin öldüyünü bildirmişdi.
13-09-2022, 19:16
Sərhəddə baş verənlər soydaşlarımızı hiddətləndirdi


Sərhəddə baş verənlər soydaşlarımızı hiddətləndirdi

Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribat Türkiyədə yaşayan soydaşlarımızın kəskin etirazına səbəb olub. Butov.az-ın məlumatına görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında bildirilib ki, qardaş ölkədə yaşayan 5 milyona yaxın Azərbaycan kökənli türklər və diaspor təşkilatları tarixi Vətənlərinin yanındadır. “1918 və 1992-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımlar və qırğınlar törədən, vətənimizə, xalqımıza böyük ağrılar yaşadan Ermənistan və onun dünyadakı havadarları bilməlidir ki, dünya tarixi dəfələrlə bizim külümüzdən doğularaq ayağa qalxdığımızın və qələbələrimizin şahidi olub. Xüsusilə də bu əsrdə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan dövləti öz vətəndaşları və coğrafiyası ilə bizim parlayan ulduzumuzdur. Qəlbimiz və dualarımız Azərbaycan xalqı və Azərbaycan Silahlı Qüvvələri ilə birlikdədir!” - deyə bəyanatda qeyd olunub.

13-09-2022, 19:15
Nazirin erməni təxribatı haqda məktubu BMT-də


Nazirin erməni təxribatı haqda məktubu BMT-də

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini davam etdirməsi, o cümlədən Azərbaycan ərazisində minaların yerləşdirilməsi ilə bağlı məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi dərc edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) twitter hesabında məlumat paylaşılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!