Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
4-01-2025, 12:43
Bakıda dəhşətli qəza: sərnişin avtobusu maşına çırpıldı - ÖLƏN VAR


Bakıda dəhşətli qəza: sərnişin avtobusu maşına çırpıldı - ÖLƏN VAR

Bakıda 149 nömrəli avtobus qəza törədib.
Hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.
Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
"99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb", - açıqlamada bildirilir.
3-01-2025, 18:45
Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI


Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:
"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib".
Qeyd edək ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
3-01-2025, 17:55
Rusiyaya gedənlərin diqqətinə - Bu sənədlər tələb olunacaq


Rusiyaya gedənlərin diqqətinə - Bu sənədlər tələb olunacaq

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar.
Müvafiq qaydalar hökumətin qərarı ilə təsbit edilib.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək.
Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.
3-01-2025, 17:25
Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA


Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb.
Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq?
Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib:
“Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də “Tələbə Plus” kartlarının verilməsi planlaşdırılır.
Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən “Təhsil Kartı” layihəsinə start verilməsi planlaşdırılır.
Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda “Təhsil Kartı” müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən “Təhsil Kartı”nın icrasına başlanılacağı gözlənilir,” – deyə qeyd edilib.
3-01-2025, 17:24
Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı


Balakəndəki yanğında xəsarət alan şəxsin kimliyi açıqlandı

Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
Yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.
Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.
3-01-2025, 17:06
Dostu Azər Baxşəliyevin son durumunu açıqladı


Dostu Azər Baxşəliyevin son durumunu açıqladı

“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev iki gün əvvəl günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Dünən axşam saatlarında onun vəfatı ilə bağlı məlumatlar yayılsa da, daha sonra ATU-dan sorğumuza cavab olaraq bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
3-01-2025, 16:13
Balakəndə ev yandı - Xəsarət alan var


Balakəndə ev yandı - Xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
3-01-2025, 14:40
Avropa üçün Azərbaycan qazının dəyəri artır


Avropa üçün Azərbaycan qazının dəyəri artır

Yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən Avropaya satışı dayandırılıb. Avropada hərraclarda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Ancaq hələlik qitədə ciddi böhran müşahidə edilmir, çünki İttifaq qazın kəsiləcəyinə hazırlaşırdı.
Avropa ölkələrində təbii qaz çatışmazlığı ehtimalı az olsa da, bazarda alıcılar təzyiqlə üzləşəcək. Xüsusilə Uraynada müharibə başlayandan bəri Rusiyadan intensiv şəkildə təbii qaz almağa davam edən Avstriya, Slovakiya və Macarıstan kimi Avropa İttifaqı (Aİ) ölkələri üçün alternativlərin daha baha başa gələ biləcəyi ehtimal edilir.
Avstriya keçən ay "Qazprom" ilə müqaviləni dayandırdığını və alternativ mənbələrə müraciət etdiyini açıqlayıb. Ukrayna xəttini açıq saxlamağa çalışan Macarıstan isə təbii qaz ehtiyacının böyük hissəsini “Türk axını” vasitəsilə təmin etməyə davam edir. Ukraynanın qərarına ən sərt reaksiya verən Aİ ölkəsi Slovakiyada da indiki mərhələdə böyük problem yoxdur.
Qərardan ən çox təsirlənəcəyi gözlənilən Avropa ölkəsi Aİ üzvü olmayan Moldovadır.
Avropada təbii qaz ehtiyatına mənfi təsir göstərən əsas amil soyuq havadır. Avropa Qaz İnfrastrukturunun (GIE) məlumatlarına görə, 2024-cü ilin noyabrında Aİ-nin orta təbii qaz ehtiyatı 95 faiz olduğu halda 2025-ci ilin əvvəlində bu rəqəm 72 faizə enib. Ehtiyatlarda azalma əvvəlki illərin eyni dövrlərində də müşahidə olunub. Lakin azalma sürəti cari məlumatlardan daha məhdud idi. Ehtiyatlarda azalma tendensiyası növbəti aylarda da davam edəcək. Bununla belə, həyəcan təbili çalmaq üçün heç bir səbəb olmadığı bildirilir.
Brüsselin məlumatlarına görə, 2021-ci ildə Aİ-nin təbii qaz idxalının 40 faizi Rusiya boru kəmərlərindən əldə edilən enerjinin payına düşüb. 2023-cü ildə bu nisbət səkkiz faizə düşüb.
Rusiyadan asılılığın tədricən azaldığı eyni dövrdə Aİ-nin ABŞ-dan LNG idxalı təxminən üç dəfə artaraq 50 faizə çatıb. Yanvarın 20-də ABŞ prezidenti kimi andiçmə mərasimi keçiriləcək Donald Tramp Aİ-nin ABŞ-dan daha çox LNG idxal etməsini tələb edir. Aİ Komissiyası da bu ideyanı alqışlayıb.
Qeyd edək ki, Avropanın 10-dan çox ölkəsinə qaz satan Azərbaycanın da bu xüsusda rolunun artacağı müşahidə edilir.



Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Avropa artıq Rusiya qazının Ukrayna üzərindən daşınmasına qoyulan qadağını hiss etməyə başlayıb:
"Ötən il bu marşrutla Avropaya təxminən 15 milyard kubmetr qaz ixrac edilib. Rusiya qazının Ukrayna üzərindən Avropya ixracının dayandırılması artıq birjalardakı qaz qiymətlərində öz əksini tapıb. Qazın qiyməti əvvəlcə 450 dollar həddini keçdi və artıq 31 dekabrda qaz 530 dollara qədər bahalaşmışdı. Misal üçün 2025-ci ilin ilk hərraclarında qazın qiyməti mütəmadi olaraq, 550 dollar həcmindən aşağı ticarət edib. Bu onun göstəricisidir ki, Avropa Rusiya qazının Ukrayna üzərindən verilişinin dayandırılmasını ehtiyat anbarlarda kifayət qədər qazın olmasına baxmayaraq, hiss etməyə başlayıb. Ukrayna üzərindən günlük 41-42 milyon kubmetr qaz ixrac olunurdu. Avropa martın sonuna qədər bu ehtiyat anbarlarından istifadə etməklə, özünün istilik məsələlərini, qaza olan tələbatını ödəmək iqtidarındadır. Qaz qiymətləri 2023-cü ilin noyabrından indiyə qədər yaşanmamış həddə gəlib çatdı. Bu o deməkdir ki, cari ildən yeraltı qaz anbarlarından istifadə edəcəklər. Martın sonuna qədər artıq oradakı ehtiyytlar, bəlkə, yarıdan çox azalıb. Bir il bundan öncə 58 faiz qismində orada qaz vardı. Ondan əvvəlki dövrdə bu göstərici,təqribən 65 faiz idi. Cari ildə isitmə dövrü başa çatanda orada 45 faiz qaz qalsa, demək, daha çox yaz-yay aylarında qaz ixrac etməyə məcbur olacaqlar ki, oktyabr ayının birinə 90 faizdən az olmayaraq ehtiyat toplasınlar. Bu da bazarda tələbatın yüksək olmasına gətirib çıxaracaq. Tələbatın yüksək olması isə qaz qiymətlərində öz əksini tapacaq. Yəni 2023-cü ildə qazın bazarda orta qiyməti 460 dollar olmuşdu. 2024-cü ildə isə bu təqribən 430 dollardan bir qədər artıq olub. Ancaq mən cari ildə, həm ötən il, həm də 2023-cü il səviyyəsindən qaz qiymətlərinin daha baha, yəni 530 dolların altında olacağını gözləyirəm".
İ.Şaban vurğulayıb ki, Avropa bazarına ildən-ilə qaz həcmlərini artıran Azərbaycan üçün bu qərar gəlirlərin artımı deməkdir:
"Biz energetika naziri Pərviz Şahbazovun açıqlamasından çıxış etsək, ötən il Azərbaycan Avropa bazarında 12,9 milyard kubmetr qaz satmağa müvafiq olub. 2023-cü ildə isə bu həcm 11,8 milyard kubmetrə yaxın idi. Yəni il ərzində 1,1 milyard kub metr həcmində qaz ixracımızı artırmışıq. Cari ildə təbii ki, biz artıq 13 milyard kubmetr həcmini keçə biləcəyik. Bunun üçün qaz həcmlərimiz və alıcılarımız da var. Azərbaycan hökuməti artıq açıqlayıb, 2027-ci ilə qədər Avropada qaz satış həcmlərimizi 16 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Görünən odur ki, biz bu hədəfə inamla, özümüzə, ehtiyatlarımıza, infrastrukturlarımıza güvənərək Avropa ölkələri ilə imzaladığımız müqavilələr əsasında bu həcmləri artırmağa müvəffəq olacağıq".
3-01-2025, 13:33
Sabah 10 dərəcəyə qədər şaxta gözlənilir


Sabah 10 dərəcəyə qədər şaxta gözlənilir

Sabah bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
3-01-2025, 12:52
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək


Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!