Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
5-01-2025, 13:09
Prezidentdən pravoslav xristian icmasına təbrik

Prezidentdən pravoslav xristian icmasına təbrik

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.
Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.
Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!".
5-01-2025, 12:52
Sabahın hava proqnozu - Yağış, qar gözlənilir

Sabahın hava proqnozu - Yağış, qar gözlənilir

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
5-01-2025, 11:21
Azər Baxşəliyev vəfat etdi

Azər Baxşəliyev vəfat etdi

Aktyor Azər Baxşəliyev vəfat edib.
O, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktyor daha əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
5-01-2025, 10:51
Bakıda idmançılar saxlanıldı - Cinayət işi açıldı

Bakıda idmançılar saxlanıldı - Cinayət işi açıldı

Yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
5-01-2025, 09:30
Çində yeni virus - Xəstəxanalar dolub

Çində yeni virus - Xəstəxanalar dolub

Çində xəstəxanaların dolmasına səbəb olan yeni insan metapnevmovirusunun (hMPV) alovlanması baş verib.
Xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb. Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.
“Hazırda Çin yüksək hazırlıq vəziyyətindədir, çünki ölkə boyunca qripə bənzər simptomlarla COVID-19-u xatırladan yeni virus haqqında məlumatlar daxil olur”, – məqalədə qeyd olunub.
“Daily Mail” qeyd edib ki, xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır.
Bununla əlaqədar tibb mütəxəssisləri iqtidar və sakinləri yoluxma riskini azaltmaq üçün maska istifadəsi və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.
4-01-2025, 20:53
Goranboyda "Mercedes" aşdı - 5 yaralı

Goranboyda "Mercedes" aşdı - 5 yaralı

Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.
Yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.
Faktla bağlı araşdırma aparılır.
4-01-2025, 20:10
Təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq? - Nazirlikdən cavab

Təyyarə qəzası ilə bağlı hesabat nə vaxt hazır olacaq? - Nazirlikdən cavab

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.
Bu barədə TASS-a Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.
İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

4-01-2025, 19:45
Bakıda klinika 20 min manat cərimələndi

Bakıda klinika 20 min manat cərimələndi

Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan "VMR Medical Center" MMC ilə bağlı məhkəmə qərar verib.
Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən "VMR Medical Center" MMC-də yoxlama aparılıb.
Aparılan yoxlama zamanı "VMR Medical Center"də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.
MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "VMR Medical Center" MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20.000 manat məbləğində cərimə olunub.
4-01-2025, 19:37
Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır

Azərbaycan təbii qaz təchizatında Serbiya üçün etibarlı tərəfdaşdır.
Bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında deyib.
Prezident hazırda ölkədə qaz istehlakının gündəlik 13,5-14,5 milyon kubmetr civarında olduğunu bildirib. Bu günə həm Serbiyadakı, həm də Macarıstandakı yeraltı anbarlarda təxminən 430 milyon kubmetr qaz ehtiyatı var.
Qeyd edək ki, Serbiya Azərbaycan qazı ilə təchiz edilən sayca 8-ci ölkə olub. Hazırda Azərbaycandan gündəlik 2,5 milyon kubmetrədək təbii qaz idxal edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!