Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
28-12-2024, 13:09
Rusiya şirkəti Azərbaycana uçuşları dayandırdı


Rusiya şirkəti Azərbaycana uçuşları dayandırdı

Rusiyanın "Azimut" aviaşirkəti Azərbaycana uçuşları ləğv edib.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Şirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bir neçə şəhərindəki hava limanına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.
Məlumatlara görə, "Embraer 190" təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib. Rusiya tərfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
Avialeynerin ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdırsa da, qəzadan qaçmaq mümkün olmayıb.
Aktau limanının yaxınlığında qəza enişi edən təyyarədəki 67 nəfərdən 38-i həlak olub.
28-12-2024, 13:06
Həmin təyyarədəki yalnız Azərbaycan vətəndaşlarına kompensasiya veriləcək? - Rəsmi AÇIQLAMA


Həmin təyyarədəki yalnız Azərbaycan vətəndaşlarına kompensasiya veriləcək? - Rəsmi AÇIQLAMA

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, onlar arasında Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları var.
AZAL qəzaya uğrayan “Embraer 190” təyyarəsinə kənar müdaxilə olduğunu bəyan edib.
QSC-nin Müşahidə Şurasının qərarı ilə təyyarədə olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
Mətbuatda və sosial şəbəkələrdə kompensasiyanın yalnız Azərbaycan vətəndaşlarına veriləcəyi barədə iddialar yayılıb.
AZAL-dan bildirilib ki, qəzada həlak olan şəxslərin hər birinin ailəsinə hansı ölkənin vətəndaşı olmaqlarından asılı olmadan nəzərdə tutulan kompensasiya ödəniləcək.
28-12-2024, 12:22
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntılar kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2°şaxtadan 3°-dək isti olacaq.
28-12-2024, 02:39
Putin İlham Əliyevdən ÜZR İSTƏDİ


Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
27-12-2024, 22:00
Mingəçevirdə ağır qəza - yaralılar var


Mingəçevirdə ağır qəza - yaralılar var

Mingəçevirdə yol qəzası olub.
Hadisə Əşya bazarı yaxınlığında baş verib. "BMW" və "VAZ 2107" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər yaralanıb. Müxtəlif bədən xəsarətləri alan "BMW"nin sərnişinləri - 2005-ci il təvəllüdlü Məmmədov Qorxmaz Qalib oğlu və 2004-cü il təvəllüdlü Kamalov Muğan Şahmalı oğlu xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
27-12-2024, 21:47
Nazirlər təyyarə qəzasını müzakirə etdilər


Nazirlər təyyarə qəzasını müzakirə etdilər

Xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.
Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.
27-12-2024, 21:39
Ata, sən mənim qəhrəmanımsan...


Ata, sən mənim qəhrəmanımsan...

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan kapitan İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.
Mərhum pilotun qızı atası haqda bunları yazıb:
"Ata, sən mənim qəhrəmanımsan.. Həmişə ürəyimdə olacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün hər şeyi etdin, özünü qurban verdin, günahkarları tapdın. Sən çox güclüsən, həmişə fəxr edəcəm ki, belə bir atam var.
Çox şən idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxt olmağımızı istəyirdin. Ən yaxşı atasan! Ümid edirəm ki, sən cənnətdə olacaqsan. Allah rəhmət eləsin".
27-12-2024, 20:51
Yaralarım göründüyündən daha dərindir...


[b]Yaralarım göründüyündən daha dərindir...[/b]

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Aydan müraciətində deyib:
"Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir...".
Qeyd edək ki, Aydan Rəhimli hazırda Yeni Klinikada müalicə olunur.
27-12-2024, 20:10
Qəzada həlak olan pilotun anası danışdı - VİDEO


Qəzada həlak olan pilotun anası danışdı - VİDEO

AZAL-ın təyyarə qəzasında həlak olmuş pilotlarından biri - Aleksandr Kalyaninovun anası açıqlama verib.
"AzərTAC"a danışan Yelena Kalyaninova bildirib ki, Aleksandr cəmi 1 ildir işləyirmiş:
"Bir həftə idi, məzuniyyətdən qayıtmışdı. Cəmi 1 il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş edirdi. 2013-cü ildən bu peşə üzrə işləyirdi. İşini çox sevirdi".



27-12-2024, 19:57
Təyyarə qəzası ilə bağlı növbəti toplantı


Təyyarə qəzası ilə bağlı növbəti toplantı

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.
Sədr Əli Əsədov bildirdi ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.
Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verildi.
Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənildi.
Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat verdilər.
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirildi. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırıldı.
Bildirildi ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!