Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
Tarix : 28-12-2024, 17:26
Rəsmi Bakı Moskvadan kompensasiya təklifini gözləyir


Rəsmi Bakı Moskvadan kompensasiya təklifini gözləyir

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Onlardan 26-sı Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, təyyarə Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb. Mətbuatda gedən məqalələrdə bildirilib ki, AZAL təyyarəsi Rusiyanın "Pantsir S1" hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.
Hadisə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
Qeyd edək ki, rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edib.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Putinin cənab Prezident İlham Əliyevə zəng edib üzr istəməsi çox mühüm məsələdir:
"Bu məsələ mənəvidir. Həqiqətən, Rusiya hava məkanında belə bir hadisə baş verib, bu və ya digər şəkildə Rusiya Hərbi Hava Qüvvələrinin müdaxiləsi ucbatından insan itkisi ilə nəticələnən belə bir qəza olub. Ona görə də, bu üzr məsələsi mütləq lazımıydı. Azərbaycan xalqı məhz bunu gözləyirdi".
Komitə sədri vurğulayıb ki, kompensiyası məsələləri araşdırılmalıdır:
"Məsələ ondan ibarətdir ki, gələcəkdə təhkim olunmuş komissiyası öz fikrini bildirməlidir. Eyni zamanda istintaq işi başa çatdıqdan sonra tam şəkildə faktlarla, sübutlarla, həqiqətən, Rusiya hava məkanında baş verən hadisə təfərrüatı ilə xalqa çatdırılmalıdır. Düşünürəm ki, belə də olacaq. Həm kompensasiya, həm də digər məsələlərin təbii ki, bundan sonra araşdırılması mütləq şəkildə vacibdir. Paralel olaraq, Azərbaycan Baş Prokurorluğu tərəfindən 2 maddə ilə qaldırılmış cinayət işi də təfərrüatı ilə araşdırılacaq. "Qara qutu"nun araşdırılması prosessi də davam edəcək. Birinci mərhələ kimi Rusiya Prezidentinin üzr istəməsi mühüm addımdır. Düşünürəm ki, Ali Baş Komandanın məhz rəhbərliyi ilə proseslərin getməsini Azərbaycan xalqı gözləyir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!