İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 18-12-2020, 13:17
Təcili yardımın gecikməsinin səbəbləri açıqlandı
Təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. BŞT və TTYS-nın “103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bunu BŞT və TTYS-nin baş həkimin müavini İradə Əliyeva deyib.

O bildirib ki, çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda isə çağırışın icrası üçün daha çox zaman sərf olunur.

İ.Əliyeva eyni zamanda bir çox insanların BŞT və TTYS-nin gecikməsindən şikayətlənmələrinə də aydınlıq gəitirib. O, bunun səbəbi nədən qaynaqlandığını izah edib: "Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir.

Belə ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur".


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!