Seldə daha bir nəfərin meyiti tapıldı .....                        NATO XİN başçılarının iclası Türkiyədə keçiriləcək .....                        Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan .....                        Vətəndaşların təxliyə işləri yekunlaşdı - FOTO .....                        Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək .....                        Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova .....                        İlkin hərbi qeydiyyatdan boyun qaçıranlar cərimələnəcək .....                        Prezident iki yeni nazir müavini təyin etdi .....                        Daha bir nəfər selin qurbanı oldu - FOTO .....                       
Tarix : 13-01-2024, 05:50
BİR ANA TANIYIRAM


BİR ANA TANIYIRAM

Bir ana tanıyıram, elə mənim özüm kimi. Üzü gülər, dili şirin, amma qəlbi paramparça.
Bir ana tanıyıram elə mənim özüm kimi. İradəsi poladdan möhkəm, dözümü ümman, göz yaşı dərya.
Fərqimiz nədədir, bilmirəm. Dərdimizin ağırlığında, yaramızın dərinliyində, ya nədə...

Onu yaxşı bilirəm ki, övlad dərdinin ağırı, yüngülü yoxdur. Bu elə yaradır ki, nə öldürür, nə yaşadır. Yara var sağalır, yara var öldürür, yara da var ki, bir ömür süründürür.
25 yaşlı balasını körpə uşaq kimi açıb bələyən bu müqəddəs qadını mən qiyabi tanıyırdım. Bacım Sahibə onun haqqında həmişə ağız dolusu danışır. Bu yaxınlarda bacımla danışanda, Kəmalə xanım oğluna ad günü keçirir dedi. Məkanı öyrəndim və təbrik etmək qərarına gəldim. İlkinin ayağı yeriməsə də ağılı üstündədir. Hər şeyi anlayır, danışır, ürək sözlərini bölüşür. Gecəni yata bilmədim. Gah İlkini, gah da öz Vüqarımı düşündüm. Nə fayda...
“ Yüz fikir bir borcu ödəməz” deyib atalar.
İşin arasında vaxt tapıb evə, balasını görməyə tələsən, sonra yenə işə dönən bu qadın ürəyini balasının yanında saxlayır... Allah heç kəsə sağalmaz yara verməsin. Bizi bir – birimizdən çox kim anlayar ki...
Göz yaşlarımı saxlaya bilmədim. Ürəyimin ağrısı vərəqlərə töküldü.

Gözləri dəryadı, qurumur yaşı,
Dərdindən vədəsiz ağarıb başı.
Sənsən Kəmalənin yadı- yaddaşı,
Sənsən Kəmalənin dünyası, İlkin.

Ad gününə getdim, yazdığım bir neçə bəndlik şeirlə. Axı İlkin oxumağı, yazmağı bacarır. Yəqin ki, bu şeir onun üçün ərməğan olacaq deyə düşündüm. Elə də oldu. Mənim gəlişim onları çox sevindirdi.
Süfrənin başında oturan bu boylu – buxunlu oğlanın gözləri gülürdü. Sanki öz taleyinə meydan oxuyurdu bu gözlər.
20-dən çox qonağı olan bu məclis çox şən keçsə də hərdən anasının doluxsunan gözləri nəzərimdən qaçmırdı. Göz yaşlarımı güclə saxlayırdım.
Dünyaya sığmayan dərdini çiyinlərində daşıya bilən analar ağlaya - ağlaya gülməyi, yaşaya – yaşaya ölməyi də bacarır. Mən bunu 33 ildir ki bilirəm.
Anadan etibarlı, anadan dözümlü ikinci bir varlıq yoxdur bu dünyada. Ana məhəbbəti çəkiyə gəlməz, ölçüyə sığmaz. Ana ürəyində olan hikmət, məhəbbət, dözüm oxunmamış kitab, açılmamış sirdi, sehirdi.
Mən sona kimi otura bilmədim. Məclisdən tez ayrıldım. Axı məni də öz balam gözləyirdi. 33 yaşında 2 yaşlı körpədən seçilməyən, dilsiz-ağızsız balam.
Maşında oturanda özümdən ixtiyarsız göz yaşlarım yanağmdan sinəmə doğru yol açdı.
Anaları qoruyun əziz övladlar. Bu dünyada heç kəs sizi ana qədər sevə bilməyəcək! Ana məhəbbəti sonsuzdur, qarşılıqsızdır. Kəmalə xanıma can sağlığı arzu edirəm. Var ol səni, müqəddəs ana!

Südabə İRƏVANLI
AYB - nın fəxri üzvü,
Aşıq Pəri Məclisinin sədr müavini.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!