Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                        28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan .....                        Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir .....                        Rusiya və Ukrayna razılaşdı .....                        Zelenskidən İstanbul danışıqları barədə ilk açıqlama .....                       
Tarix : 17-10-2013, 14:05

Rüstəm İbrahimbəyovdan Moskvaya ETİRAZ: “Bu işlərin axırı pis olacaq”


“Rusiya vətəndaşını öldürməkdə günahlandırılan azərbaycanlı ilə vəhşicəsinə rəftar edirlər və heç bir ölkədə belə işlər aparılmır”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Milli Şuranın sədri və hazırda Moskvada işləyən Rüstəm İbrahimbəyov deyib. O qeyd edib ki, ortada real fakt olmadan azərbaycanlının adının hallandırılması çox pisdir.

“Yaxşı deyil ki, Azərbaycan nümayəndəsinin adı belə işlərdə hallanır. Bu çox pisdir, indi çalışmaq lazımdır ki, həqiqət ortaya çıxsın, böhtan olmasın. Hökümətimiz, səfirliyimiz çalışmalıdır ki, həqiqət udsun, soydaşımız əsassız cinayətdə günahlandırılmasın”.

R.İbrahimbəyov qeyd edib ki, Rusiyadakı nəinki azərbaycanlılara, eyni zamanda başqa millətlərə də münasibət yaxşı deyil.

“Hadisələr başlayanda bilmirdilər ki, bu azərbaycanlıdır, ya başqa millətdəndir. Moskva əhalisi də miqrantlardan çox narazıdır. Burada da əsas günah rus administrasiyasındadır. Bu işləri elə görürlər ki, ölkəyə işləməyə gələnlər çox çətin vəziyyətə düşürlər, onlara yaxşı imkanlar yaradılmır, şəraitləri qeyri-normaldır və nəticədə belə cinayətlər olur. İndidən bu məsələlərlə bağlı ciddi iş görülməsə, axırı pis olacaq. Bir tərəfdən Rusiyaya bu adamlar lazımdır, işləri kimsə görməlidir, digər tərəfdən bunu lazımi səviyyədə təşkil etmirlər və çox vaxt da cinayətlərin başvermə səbəbləri bununla bağlı olur”.




Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!