Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 7-01-2019, 13:03
Azərbaycan-Rusiya yüksək səviyyəli parlamentlərarası komissiyası yaradılır

Yaxın günlərdə Azərbaycan və Rusiya deputatları Moskvada Dövlət Dumasında parlament konfransı keçirərək, yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını nəzərdə tutan sazişi imzalayacaqlar.
“Yaxın vaxtlarda Moskvada parlamentlərarası konfrans keçiriləcək. Həmin tədbirdə, həmçinin, Azərbaycan-Rusiya yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması, ikitərəfli əməkdaşlıq haqqında sənədin imzalanacağı gözlənilir” – mənbə bildirib.
Qeyd edib ki, konfransda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının inkişafı və yaradılacaq yüksək səviyyəli parlamentlərarası komissiyanın iş perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, müvafiq komissiyanın yaradılmasına dair təşəbbüs ötən ilin iyununda Bakıya rəsmi səfəri çərçivəsində Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tərəfindən irəli sürülüb.
Daha sonra Vyaçeslav Volodin bu məsələni oktyabrda Antalyada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla da müzakirə edib. Söhbət zamanı hər iki tərəf bu məsələdə eyni mövqe sərgiləyərək bildiriblər ki, Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin intensiv görüşləri iki ölkənin parlamentləri arasındakı əməkdaşlığın da möhkəmləndirilməsi üçün nümunə olmalıdır. O zaman Volodin bildirmişdi ki, parlamentlərarası komissiyanın yaradılması üzrə işlər artıq yekun mərhələdədir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!