Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 26-02-2019, 12:17
İspaniya mətbuatı Xocalı faciəsini soyqırım kimi tanıdı

Azərbaycanlı diaspora fəalının, Xocalı soyqırımın il dönümü münasibəti ilə İspaniya cəmiyyətinə müraciəti bu ölkənin mətbuatında dərc edilib.
Butov.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti, diaspora fəalı Fərid Mustafayev yaşadığı ölkənin mətbuatı vasitəsi ilə ispan cəmiyyətinə müraciət edib. "26 fevral 1992-ci ildə əsil soyqırım baş verib" başlığı ilə dərc olunan müraciətdə, İspaniya cəmiyyətinə Xocalı faciəsi haqqında geniş məlumat verilir.
Müraciətdə deyilir: "Mən bütün İspaniya cəmiyyətinə bildirmək istəyirəm ki, artıq 27 ildir ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə çalışır. Sizi də səfərlər etməyə, tanımağa çağırdığımız Azərbaycan, bu işğal problemin sülh yolu ilə həllinə çalışır."
Daha sonra müraciətdə, 1992-ci ildə Xocalıda törədilmiş soyqırım faktı haqqında geniş məlumat verilir. Bildirilir ki, bu qanlı cinayət aktı nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq olub. 1275 nəfər dinc sakin əsir götürülüb. 150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur.
İspaniya mətbuatı Xocalı faciəsini soyqırım kimi tanıdı


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!