Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                        İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə dəyişiklik edildi .....                        Cəbrayılın Horovlu kəndindən maraqlı FOTOLAR .....                        Putin Ukrayna ilə bağlı razılaşmağa hazırdır - Uitkoff .....                       
Tarix : 18-07-2019, 08:44
NATO-nun baş katibi Türkiyənin əhəmiyyətindən danışdı
"NATO-nun Türkiyə ilə əməkdaşlığı “F-35”lərdən daha dərin və əhatəlidir".
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bunu NATO-nin baş katibi Yens Stoltenberq ABŞ-ın Türkiyəyə “F-35” qırıcıları verməsini qadağan etməsi haqqında qərarına münasibət bildirərkən açıqlayıb.
ABŞ-ın Kolorado ştatında Aspen İnstitutu tərəfindən təşkil edilən təhlükəsizlik konfrasında danışan baş katib Türkiyənin Rusiyadan “S-400” Zenit-Raket Kompleksi almasına belə münasibət bildirib:
“S-400” məsələsinin əhəmiyyətini azaltmaq istəmirəm. Ancaq NATO müttəfiqi olaraq Türkiyə “S-400”lərdən daha əhəmiyyətlidir”.
O, Türkiyənin Rusiyada “S-400” tədarükü prosesini yaxından müşahidə etdiklərini və uyğun qurumlar arasında məsələyə dair müzakirələrin davam etdiyini vurğulayıb: “Alacağı müdafiə sistemi haqqında qərar vermək hər ölkənin öz işidir. NATO üçün əhəmiyyətlisi bunun Alyansın sistemlərinə uyğun işləyib, işləməməsidir. Türkiyənin aldığı “S-400” kompleksi NATO-nun müdafiə sisteminə inteqrasiya olmayacaq, çünki bunlar birlikdə fəaliyyət göstərə biləcək bir qurğu deyil. Türkiyə də belə bir tələb irəli sürməyib”.
Y.Stoltenberq Türkiyənin NATO üçün əhəmiyyətindən danışarkən deyib: “Terrorçu İŞİD-ə qarşı mübarizədə Türkiyə açar bir müttəfiqdir. Bundan başqa, Türkiyə Balkanlarda, Kosovoda və Əfqanıstanda NATO-nun bir çox əməliyyatlarında iştirak edir. Türkiyə NATO müttəfiqi olaraq, “S-400”lərdən daha mühümdür. Türkiyə NATO-nun hava müdafiə sisteminin bir parçasıdır və bu, belə də davam edəcək. Ancaq Türkiyənin “F-35” proqramının bir hissəsi olmayacağından da narahatam”.
Baş katib “S-400” tədarükündən sonra Türkiyənin NATO-dan çıxarılması kimi məsələnin müzakirə edilib, edilməməsi barədə sualı belə cavablandırıb: “Türkiyə NATO-nun əhəmiyyətli bir müttəfiqidir. Bu məsələni heç bir müttəfiq gündəliyə çıxarmayıb. Çünki birimizin o birinə bağlı olduğunu yaxşı görürük. S-400” ilə başlayan anlaşılmazlığın həll edilməməsinin Alyansa təsirini minimuma endirməyə çalışacağıq”.
Ağ evin “F-35”lərlə bağlı bu il iyulun 17-də açıqladığı qərara münasibət bildirən baş katib deyib: “ABŞ hazırda Türkiyə ilə strateji əlaqələrinə çox əhəmiyyət verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çox mərhələlidir və sadəcə “F-35”lərə bağlı deyil”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!