Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                       
Tarix : 11-10-2019, 09:37
Bakıda “Şərq tərəfdaşlığı”nın gələcəyinə dair məsləhətləşmələr keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Avropa İttifaqının Azərbaycan nümayəndəliyin birgə təşkilatçılığı ilə "Şərq tərəfdaşlığının gələcəyi" mövzusunda strukturlu məsləhətləşmələr keçirilib.
Butov.az-ın "Report"a istinadən məlumatına görə, tədbirdə çıxış edən Avropa İtifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan arasında indiyə kimi energetika sahəsində strateji tərəfdaşlıq əlaqələri mövcud olub.
Onun sözlərinə görə, hazırda əlaqələr sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf edir: "Aİ ilə Azərbaycan arasında indiyə kimi 21 layihə həyata keçirilib. Bu layihələr 34 institutla əməkdaşlıq şəklində icra olunub. Azərbaycan Aİ üçün güclü tərəfdaşdır".
Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib ki, tədbirin məqsədi "Şərq Tərəfdaşlığı" çərçivəsində aparılan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini, yaranmış problemləri, layihələri və onların Azərbaycan üçün faydalarını müzakirə etməkdir. Onun sözlərinə görə, tədbirdə Aİ ilə Azərbaycan arasında əlaqələrin hazırki vəziyyəti də müzakirə olunacaq: "Aİ Azərbaycan üçün önəmli istiqamətdir".
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bölmə Rəhbəri Vasilis Maraqos çıxışı zamanı deyib ki, 2004-2005-ci illərdə Avropa İttifaqının son genişlənməsindən sonra qurum Şərq qonşuluğundakı ölkələrin inkişafı və təhlükəsizliyi üçün yeni investisiyalar ayırıb. Onun sözlərinı görə, Aİ ilə Azərbaycan tərəfdaşlıq prioritetlərini razılaşdırıblar və hazırda daha geniş və böyük tələbləri gündəmə gətirən tərəfdaşlıq sazişi üzərində iş gedir. "Bu saziş əlaqlərimizi yeni müstəviyə çıxaracaq"- deyə Aİ rəsmisi bildirib
Vasilis Maraqos əlavə edib ki, Avropa İttifaqı 6 Şərq Tərəfdaşı ölkəsi ilə bənzərsiz və özünəməxsus əməkdaşlıq əlaqələri qurub. Onun sözlərinı görə, Aİ-nin indiyə kimi Azərbaycanda həyata keçirdiyi layihələr nəticəsində 3 min iş yeri yaradılıb. "Aİ Azərbaycanın ən böyük investisiya və ticarət tərəfdaşıdır"-deyə V.Maraqos vurğulayıb.
Daha sonra tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan dövlət rəsmiləri, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, düşüncə mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri iştirak edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!