Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 13-11-2019, 08:13
Ərdoğan ABŞ-ın transmilli şirkətlərinin rəhbərləri ilə görüşdü
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların transmilli şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
Butov.az Aznews.az-a istinadən xəbər verir ki, görüş ABŞ-ın Ticarət Palatası, Xarici İqtisadi Əlaqələr Komitəsi və Türkiyə-Amerika Biznes Şurası tərəfindən təşkil olunub.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyə naziri Bərat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər. ABŞ-ın Pepsico, Google, UPS, Hilton, The Coca Cola Company, GE, Citi, Uber, habelə Türkiyənin THY, Limak, TAV, Borusan, Kale Group kimi transmilli şirkətləri rəhbərlərinin dəvət olunduğu tədbir iki saatdan artıq davam edib.
Bu arada The Washington Post qəzeti iddia edib ki, ABŞ Prezidenti bir həftə əvvəl türkiyəli həmkarına Rusiyadan S-400 zenit-raket komplekslərinin istifadəsindən imtina müqabilində 100 milyard dollarlıq ticarət sazişləri və sanksiyalarla bağlı məsələnin həllini, habelə türk şirkətlərinə əlverişli şərait yaradılacağını vəd edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!