Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 29-11-2019, 08:16
Çexiya Prezidenti general Vlasovu vətən xaini adlandırdı
Çexiya general Andrey Vlasov və tərəfdarlarının vətən xaini olduqlarını unutmamalıdır.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidenti Miloş Zeman bəyan edib. Zeman Vlasov və tərəfdarlarını ikiüzlü adlandırıb. Onun sözlərinə görə, Praqanın nasistlərdən azad edilməsinə kömək etmələrinə baxmayaraq, onlar vətən xainidirlər.
"Sual yaranır: Vlasovistlərin bir neçə gün yaxşı davrandıqlarına görə, xəyanətlərini unutmaq mümkündürmü? Düşünürəm ki, bunu unutmaq lazım deyil ", - deyə Çexiya Prezidenti əlavə edib.
Bundan əvvəl, Rusiya səfirliyi Çexiyada Andrey Vlasova abidə qoyulması ilə bu ölkənin İnsanlığa qarşı Cinayətlərə dair Konvensiya üzrə öhdəliklərini pozacağı barədə xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyində xatirə lövhəsinin qurulması təşəbbüsü nasizmin canlandırılması istiqamətində atılmış addım kimi dəyərləndirilib.
Xatırladaq ki, Praqa qiyamı 1945-ci il mayın 5-dən 8-dək baş verən kortəbii anti-Hitler üsyanıdır. Orada general-mayor Sergey Bunyaçenkonun komandanlığı altında Rusiya Azadlıq Ordusunun 1-ci Piyada Diviziyası iştirak edib.
Üsyan almanların tərəfində qalmağı üstün tutan və şəhərin azad edilməsində iştirak etməyən Bunyaçenko ilə Vlasov arasında qarşıdurmaya səbəb olub.
Sovet hərbçisi Andrey Vlasov Moskva uğrunda döyüşün iştirakçısıdır. 1942-ci ildə əsir düşən general almanlarla əməkdaşlığa gedib. 1946-cı ildə dövlətə xəyanətdə ittiham edilərək edam olunub.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!