İrana hücum üçün hər şey hazırdır – XƏRİTƏ YAYILDI .....                        Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır! .....                        Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib .....                        Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident .....                        Türkiyə parlamentində dava - Deputat xəsarət aldı .....                        Paşinyan Qazax-İcevan yolu ilə bağlı suala cavab verdi .....                        Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev .....                        Süni intellekt dövlət qurumlarında geniş tətbiq edilsin - Prezidentdən tapşırıq .....                        Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir - Prezident .....                       
Tarix : 29-11-2019, 13:44
Donald Tusk səlahiyyətlərini təhvil verib
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk səlahiyyətlərini yeni prezident, Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib.
Butov.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı Aİ Şurasının Brüsseldəki yeni binasında rəsmi mərasim keçirilib.
Mərasimdə Donald Tusk vida nitqi ilə çıxış edib. O, komandasına təşəkkür edib.
"Mən çox qürur duyuram ki, son 5 ildə Avropaya xidmət etmək şərəfinə sahib oldum. Mücərrəd bir fikrə deyil, insanlara, millətlərə və onların ümumi maraqlarına xidmət etmək! Öz tarixini və mədəniyyətini bilən bir cəmiyyətin yaşadığı, azadlıq və qanunun aliliyinin hökm sürdüyü qitə olaraq qaldığı müddətdə Avropa planetdəki ən yaxşı yerdir. Mən əminəm ki, siz öz bacarıqlarınızı ittifaqımızı qorumaq üçün istifadə edəcəksiniz. Mən bu gün Aİ Şurasını tərk edirəm, lakin əsas olan odur ki, əziz Şarl, mən sizinlə olacağam", - deyə D. Tusk bildirib.
Aİ Şurasının yeni prezidenti Şarl Mişel Donald Tuska təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Donald Tusk noyabrın 20-də Avropa Parlamentində güclü partiyalardan biri olan Avropa Xalq Partiyasının prezidenti seçilib.
Xatırladaq ki, Aİ Şurasının yeni prezidenti Şarl Mişel dekabrın 1-dən rəsmi fəaliyyətə başlayır.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!