"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-12-2019, 12:20
İlham Əliyev türkiyəli naziri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.
Ruhsar Pekcan: Çox təşəkkür edirik. Çox məmnun olduq. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını gətirdik.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqgörənliklə ölkələrimiz arasındakı əməkdaşlığa verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözəl işlər görəcəyik. Bu gün onunla da görüşümüz olacaq. Xatırladım ki, Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırladıq. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağıq. Azərbaycanın Gömrük Komitəsinin sədri ilə Ankara görüşümüzdə Sadələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamışıq. Azərbaycan, Gürcüstan, Türkiyə olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forum keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə addımlar atacağıq. Həmçinin cənab prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, - 15 maddəlik məhdud bir müqavilədir, - genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik. Azərbaycanın, SOCAR-ın Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önəmlidir. Biz də bütün dəstəyimiz, təşviqimizlə SOCAR-ın yanındayıq. İnşallah, yeni sərmayələr də gözləyirik. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Amma, cənab Prezident, indi həmkarlarımızla müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.
Prezident İlham Əliyev: Çox gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. İki gün bundan öncə biz telefonla danışdıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.
Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.
Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.
Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə - xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.
Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındakı əlaqələrə verdiyimiz önəmin gözəl nəticəsi, bir yekunudur. Yekun da çox müsbətdir.
Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinin yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayrı bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxışınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah edən bir çıxış idi.
Prezident İlham Əliyev: Sağ olun.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!