İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 13-01-2020, 11:06
Malayziya mətbuatı Azərbaycanın multikulturalizm modelinə dair geniş yazı dərc edib
Malayziyanın ən böyük rəsmi mətbuat orqanı və çoxsaylı oxucu kütləsinə malik xəbər istehsalçısı olan Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) ölkəmizin multikultural və tolerantlıq təcrübəsinə dair geniş yazı dərc edib.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, Agentliyin xarici xəbərlər üzrə peşəkar jurnalistlərindən olan Raviçandra Rajamanikam tərəfindən qələmə alınmış məqalə “Azərbaycan Malayziya ilə multikulturalizm sahəsində əməkdaşlıq etməkdə maraqlıdır” başlığı daşıyır.
Qeyd etmək istərdik ki, sözügedən məqalə bir müddət əvvəl ölkəmizdə səfərdə olan malayziyalı jurnalistin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov ilə apardığı müsahibə, eləcə də özünün şəxsi müşahidələri əsasında hazırlanmışdır.
Müəllif multikulturalizmin Azərbaycanda bilavasitə dövlət tərəfindən dəstəkləndiyinə diqqət çəkərək, BBMM-nin icraçı direktoru R.Həsənovun bu barədəki izahına xüsusilə istinad edir və bildirir: “Azərbaycanın multikulturalizm modeli üç əsas element üzərinə qurulub – etnik və dini müxtəlifliyə hörmət, dövlət siyasəti olaraq hökumətin bu sahəyə tam dəstəyi və fərqli dini-mədəni icmalara qeyri-assimilyasiya münasibəti”.
Həmçinin R.Həsənov Azərbaycana xarici investisiyalarının cəlb olunması, ölkənin iqtisadi inkişafı, eləcə də ictimai həmrəyliyinin təmin olunması sahəsində əldə edilmiş mütərəqqi nailiyyətlərdə dövlətin apardığı multikulturalizm siyasətinin əvəzsiz rol oynadığını bildirir. Milli və universal əxlaqi dəyərləri özündə əks etdirən bu modelin uğur qazanmasında isə R.Həsənov Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 1990-cı illərdə bünövrəsini qoyduğu uzaqgörən siyasətin misilsiz əhəmiyyətini qeyd edir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başladılan, İslam və Qərb sivilizasiyaları, o cümlədən xalqları və mədəniyyətləri arasında əməkdaşlığı təşviq edən Bakı Prosesini bu siyasətin beynəlxalq modelə çevrilməsində vacib amil kimi vurğulayır.
Coğrafi olaraq Azərbaycanın Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşdiyini bildirən jurnalist R. Rajamanikam ölkəmizdə məscidlərin, sinaqoqların, erməni kilsəsi də daxil olmaqla, xristianlığa məxsus dini ibadət ocaqlarının, eləcə də hindu və zərdüştlük məbədlərinin qorunduğunu diqqətə çatdırır.
Malayziyalı jurnalist qeyd edir ki, Azərbaycanın multikulturalizm modeli artıq Bolqarıstan, Almaniya, Litva, Polşa, Ukrayna, Hindistan, Yaponiya, Braziliya, Protuqaliya, İndoneziya, Rusiya, Gürcüstan, Türkiyə, İsveç, İsveçrə və İtaliya kimi 22 ölkənin universitetlərində magistratura səviyyəsində dərs vəsaiti olaraq tədris olunur.
Malayziyalı tələbə və gənc jurnalistlərin Azərbaycan modeli ilə tanış olmaq perspektivləri barədə verilən suala R.Həsənov ölkəmizin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirir və əlavə edir: “Biz öz bilik və təcrübələrimizi bölüşə bilərik. Həmçinin Mərkəzimizin nümayəndəliyinin Malayziyada təsis olunmasına və Azərbaycan modelinə dair universitet proqramının tədrisinə kömək edə bilərik”.
Bu səpkidə R.Rajaminkam vurğulayır ki, son 5 ildə 100 ölkədən 400 nəfərdən çox tələbə BBMM tərəfindən Azərbaycanın multikulturalizm modelinin təqdimatı ilə bağlı səkkiz dəfə təşkil olunmuş yay və qış məktəblərində iştirak edib.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:http://www.bernama.com/en/news.php?id=1806316


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!