İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 30-01-2020, 07:42
ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə aralıq hesabatını açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda fevralin 9-da keçiriləcək parlament seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı açıqlanıb.
Butov.az "Report"-a istinadən xəbər verir ki, sənəddə qeyd olunub ki, Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra DTİHB yanvarın 7-də Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Peter Tejlerin rəhbərlik etdiyi SMM, Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və yanvarın 14-də bütün ölkə üzrə 12 əraziyə göndərilən 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir. Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib.
DTİHB, səsvermə, səslərin hesablanması və nəticələrin qeydiyyatı da daxil olmaqla, seçki günü proseslərini müşahidə etmək üçün iştirakçı dövlətlərdən 350 nəfər qısamüddətli müşahidəçinin ezam edilməsini xahiş edib.
"Hökümət DTİHB SMM-ə seçkilərin azad və ədalətli şəraitdə keçirilməsi üçün siyasi iradənin olduğunu bildirib. Hökümət növbədənkənar parlament seçkilərinin Ermənistanla davam edən qarşıdurma şəraitində keçəcəyini qeyd edib. Həmçinin həll edilməmiş münaqişənin ölkəyə bir sıra mənfi təsirlərinin olduğunu vurğulayıb. Hökümət xüsusən də böyük sayda məcburi köçkün üçün səsvermənin təşkilini nəzərə alaraq, sözügedən vəziyyətin seçkilərin idarə olunmasını çətinləşdirdiyini qeyd edib", - hesabatda vurğulanıb.
Xatırladaq ki, müşahidə missiyasının rəhbəri Piter Teylerdir (İsveç). Uzunmüddətli missiya Bakıda yerləşən 12 mütəxəssisdən ibarət əsas qrupdan ibarətdir.
DTİHB yanvarın 14-dən etibarən 30 uzunmüddətli müşahidəçinin ölkə daxilində yerləşdirilməsini istəyib, 350 qısamüddətli müşahidəçi isə seçki günü səsvermənin gedişatını izləyəcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!