Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 27-05-2020, 14:14
Çingiz Əsgərov Ramil Səfərovla bağlı qərarı şərh etdi - VİDEO

“Bu qərar demək olar ki, obyektiv bir qərardır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib”.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.


O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarının belə olacağı təxmin edilirdi:

“Biz qərarları təhlil edəndə bilirdik ki, hansı nəticəyə gəlinə bilər. Məsələ burasındadır ki, ermənilər məhkəmənin bu qərarını və qərarın nəticələrini təhrif etməyə çalışır. Ermənilər sübut etməyə çalışırlar ki, Ramil Səfərovun əməlinin arxasında Azərbaycan dövləti dayanır, buna görə Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi isə birmənalı olaraq deyib ki, Azərbaycan Hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Bu, Məhkəmənin gəldiyi nəticədir. Ona görə, ermənilərin nəticəni təhrif etməsi təəccüb doğurur”.
Təzminat məsələsinə gəldikdə isə Ç.Əsgərov deyib ki, ilk növbədə Məhkəmənin qərarında birmənalı olaraq deyilib ki, Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir. Yəni bu qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. Təzminat məsələsinə gəldikdə isə qərarda göstərilən yalnız məhkəmə xərcləridir, ərizəçilərə hüquqi yardım göstərmiş vəkillərə pul ödənilməsidir. Bundan başqa maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edilməyib”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!