Azad olunmuş ərazilərdə nəqliyyat strukturu belə qurulacaq .....                        Xocalı aeroportu fəaliyyətə başlayacaq .....                        Xocalı aeroportu fəaliyyətə başlayacaq .....                        “Qarabağın xalça xəritəsi” - FOTO .....                        İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı .....                        Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı .....                        Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib .....                        Azərbaycanda 4 426 yeni yoluxma qeydə alındı .....                        Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis .....                       
Tarix : 27-10-2020, 15:18
Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
Oktyabrın 27-də Baş prokuror Kamran Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov ilə görüşüb.
Butov.az xəbər verir ki, Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror Azərbaycanla Özbəkistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.
Səfir Bəhrom Əşrəfxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək ona uğurlar arzulayan Baş Prokuror, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulamışdır ki, ümumilikdə mülki əhalidən 65 nəfər həlak olmuş, onlardan 18-i qadın, 10-u uşaq olmuş, 308 nəfər yaralanmış, onlardan 71-i qadın, 33-ü uşaq olmuş, 2312 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 405 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Həmçinin Kamran Əliyev Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Özbəkistan Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Bəhrom Əşrəfxanov ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin 27 il ərzində rəsmi mövqeyininin dəyişməz qaldığını bildirirək Azərbaycan Respublikasının ərazi bütövlüyünün Özbəkistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, birmənalı olaraq münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən pislənildiyini, Gəncə şəhərində törədilmiş cinayətlərin nəticələri ilə yerində tanış olduğunu bildirmiş, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir ölkəsinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının üzvlüyünə seçilməsində Azərbaycan dövlətinin verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!