Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 25-02-2021, 15:09
Ceyhun Bayramov pakistanlı generalla müzakirələrdə - FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə XİN məlumat yayıb.

Ceyhun Bayramov iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla qeyd edib. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəd İşləri Təşkilatının səfəri çərçivəsində keçirdiyi görüşlərin və işğaldan azad olunmuş ərazilərə baş çəkmələrinin bölgədəki vəziyyətlə yaxından tanış olmaq üçün əlverişli imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin faydalı olacağı və ölkələrimiz arasında inkişaf edən əlaqələrə müsbət töhfə verəcəyinə inam ifadə edilib.

Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar Azərbaycan dövlətini və xalqını qələbə münasibətilə bir daha təbrik edib.

O, işğaldan azad olunmuş məntəqələrə səfərləri çərçivəsində bu ərazilərdə törədilmiş dağıntıların miqyasının şahidi olduqlarını təəssüflə qeyd edib. Buna rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə qayıtmasından böyük fəxr hiss etdiklərini vurğulayıb.

Qarşı tərəf cari səfəri olduqca məhsuldar qiymətləndirib.

Görüşdə həmçinin ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.



Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!