Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 5-03-2021, 16:40
Azərbaycan XİN erməni nazirə cavab verdi

“Azərbaycan Respublikası Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin 4 mart tarixində keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir”.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L.Abdullayeva deyib ki, Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin, hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini müəyyən etmədiyini göstərir.
“Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli bəyanatın mətni ilə tanış olsun, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!