Külək güclənəcək - XƏBƏRDARLIQ .....                        Müəllimini güllələyən şagird HƏBS EDİLDİ .....                        Güllələnən müəllim palataya köçürüldü .....                        Qohumları ilə dalaşan kişi infarktdan öldü .....                        75 illik mənalı ömür yolu .....                        Azərbaycan daim Pakistanın yanındadır .....                        Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı - Birgə məlumat .....                        Narkotikə görə saxlanılan şəxs həbs olundu .....                        Liseydə güllənənən müəllimin atası danışdı - VİDEO .....                       
Tarix : 30-03-2021, 16:02
Ərdoğandan dünya ölkələrinə koronavirus peyvəndi barədə çağırış

Öz vətəndaşlarını vaksinasiya edə biləcək sayda dozaya malik ölkələrin əlavə peyvəndləri ehtiyacı olan ölkələrə çatdırması lazımdır. Pandemiya ilə birlikdə daha da üzə çıxan ədalətsizlik peyvənd məsələsində kəskin hal alıb.

Butov.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tərəfindən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “COVID-19 və sonrasında inkişafın maliyyələşdirilməsi” başlıqlı onlayn tədbirə göndərdiyi video müraciətində səsləndirib.

“Türkiyə bu mübarizədə əvvəldən qlobal həmrəylik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səy göstərib. Bu anlayışla 157 ölkə və 12 beynəlxalq təşkilata tibbi yardım və dəstək təmin etdik. Xüsusilə afrikalı qardaşlarımızı bu çətin günlərdə yalnız buraxmadıq.

Dünyada hələ də 100-ə yaxın ölkə üçün peyvəndin əlçatan olmadığını görürük. Bir tərəfdə əhaləsinin hamısına yaxın bir hissəsini vaksinasiya etmiş ölkələr var ikən, digər tərəfdə milyonlarla insanın ilk doza peyvəndi belə tapa bilməməsi insanlıq və insani dəyərlər baxımından narahatlıq doğuran bir vəziyyətdir. Halbuki peyvəndə əl çatanlıq baxımından ədalətin təhlükəsizliyi təmin edilmədən pandemiyanın sona çatmayacağı və iqtisadi inkişafın baş tutmayacağı ortadadır”, - deyə Türkiyə lideri bildirib.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!