Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 20-10-2021, 10:32
Meksika paytaxtı Azərbaycan bayrağının rənglərinə bürünüb


Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunması şərəfinə Mexiko şəhərinin əhəmiyyətli dövlət binaları və şəhərin simvolu sayılan abidələri, bu xüsusda paytaxtın əsas toplanış mərkəzi olan Konstitusiya Meydanı ətrafındakı binalar, o cümlədən Mexiko şəhər hökumətinin inzibati binası, İnqilab Abidəsi, Müstəqillik Mələyi və digər tarixi abidələr Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu münasibətlə Meksika federal hökuməti və Mexiko şəhər hökumətinin nümayəndələri, KİV təmsilçiləri, QHT və gənclər təşkilatlarının iştirakı ilə İnqilab Abidəsinin önündə təşkil olunmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov Azərbaycanın müstəqillik tarixi və əldə etdiyi nailiyyətlər, habelə Meksika ilə ikitərəfli əlaqələri haqda tədbir iştirakçılarına məlumat verib. Paytaxtın vacib dövlət bina və abidələrinin üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması addımına görə Meksika tərəfinə təşəkkür edən diplomat Konqres tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə də minnətdarlığını bildirib.

Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış bina və abidələrin Mexiko şəhərinin ən çox insan toplanan rayonlarında olması gecəboyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!