Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 23-02-2022, 16:05
Ərdoğandan Putinin SSRİ ilə bağlı sözlərinə cavab

Mən burada türk dövlətlərinə aid heç bir ifadə görmürəm. Təbii ki, türk respublikaları da SSRİ-ni yaradan respublikalar sırasında idi.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin SSRİ barədə fikirləri haqda danışarkən deyib.

“Bu, tarixi faktdır. SSRİ dağılanda digər respublikalar kimi, onlar da müstəqilliklərini elan etdilər. Buradan 15 müstəqil dövlət yarandı. Bu, tarixi faktdır və hüquqi cəhətdən təsdiqlənmiş haldır. Rusiya da sovet respublikası kimi deyil, Rusiya Federasiyası kimi yoluna davam etdi. Ona görə də burada türk cümhuriyyətləri və ya başqa dövlətlərin nəzərdə tutulduğunu düşünmək istəmirik. Təşkilatımız türk dövlətləri arasında xüsusilə iqtisadi, ticarət, mədəni və insani mövzularda əməkdaşlığı və həmrəyliyi artırmağı hədəfləyir. Bu, heç bir ölkə və ya təşkilata qarşı bir cəhd deyil. Bunu cənab Putin də bilir. Cənab Putin bu bəyanatları Ukraynanın şərqindəki separatçıların qondarma rejimlərini tanıyan qərarını açıqladığı çıxışında verib. Təbii ki, Türkiyənin Krımda münasibəti necə oldusa, burada da münasibətimiz eyni idi. Əslində, verdiyimiz bəyanatla Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimizi ortaya qoyduq və Rusiyanın bu mövqeyini rədd etdiyimizi bildirdik”, - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 21-də Vladimir Putin respublikaların SSRİ-dən ayrılma hüququnu belə şərh edib: “Milliyyətçilik infeksiyasına qarşı dövlət immunitetini sarsıdan mina öz zamanını gözləyirdi. Belə bir mina, yenə deyirəm, SSRİ-dən ayrılmaq hüququ idi”.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!