Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
Tarix : 1-10-2015, 10:48
Xarici İşlər Nazirliyindən deputatın Qarabağla bağlı təklifinə REAKSİYA


Son günlər cəbhədə vəziyyətin gərginləşməsi, Azərbaycan ordusunun şəhid verməsi, eləcə də, qarşı tərəfin çoxlu sayda əsgər itkisi sıravi vətəndaşdan başlayaraq hamını - ziyalıları rəsmi şəxsləri də narahat edir.

Atəşkəsin intensiv şəkildə pozulması ATƏT-in Minsk qrupunun da ciddi narahatlığına səbəb olur.
Ötən gün Milli Məclisin plenar iclası zamanı deputat Qüdrət Həsənquliyev də çıxışı zamanı cəbhədə baş verənlərə toxunub. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqmətində təkliflə çıxış edib. O, Dağlıq Qarabağ probleminin Milli Məclisdə müzakirəyə çıxarılmasının vacibliyini bildirib və bu polemikada Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, eləcə də digər qurumların iştirak etməsi təklifini irəli sürüb.
Xocalıdan olan deputat Elman Məmmədov təklifi yüksək qiymətləndirib.

“Fərz edək ki, hamını Milli Məclisə topladılar və hər kəs nitq söylədi. Bu, məsələyə mane olan məqam deyil. O səbəbdən də Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasının tərəfdarıyam.

Cəmiyyətə də məlum olacaq ki, ölkədə ictimaiyyətin, ziyalıların, müxtəlif təbəqələrin, rəsmi dövlət qurumlarının, millət vəkillərinin mövqeyi nədən ibarətdir. Bu təklifin səsləndirilməsi münaqişənin əslinə ziyan verən iş deyil.

Əksinə, məsələnin həll olunmasına, münaqişə ətrafında fikirlərin aydınlaşmasına yardım edən təklifdir. Belə olan halda, beynəlxalq təşkilatlar bizdə münaqişənin həllinə olan yanaşmanın daha da ciddi olduğunu görəcəklər. Eyni zamanda, Azərbaycanı təmsil edən insanların müxtəlif fikirləri ilə tanış olacaqlar. Hər kəsin mövqeyi ortaya qoyulacaq və yekun qərar qəbul olunacaq. Həmkarımın təklifi ilə həmfikirəm”.

Xarici İşlər Nazirliyindən də məsələyə münasibət öyrəndik. XİN-in cavabı belə oldu: “Xarici İşlər Nazirliyi tərəfindən hörmətli millət vəkillərimizin fikirlərinə və qanunverici hakimiyyətin mövqeyinə hər zaman böyük hörmətlə yanaşılır”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!