Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 6-10-2015, 09:19
ABŞ mətbuatında Azərbaycanın Los Ancelesdəki baş konsulunun məqaləsi dərc olunub


Butov.az ABŞ tanınmış nəşrlərindən olan "The Daily Caller" qəzetinin 5 oktyabr tarixli sayına istinadən xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc olunub.

Baş Konsulluqdan verilən xəbərə görə, "Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək" başlıqlı məqalədə diplomat bildirib ki, bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotoları bütün dünyanı silkələdi və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdi. Müəllif vurğulayır ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətçilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək, məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul, belə bir zamanda hər şeydən öncə mərhəmət hislərinin üstün gəlməli olduğunu qeyd edərək, bu səpkidə Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırır.
Avropada bəzi siyasətçilər və hökumətlər hələ də problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək, məsuliyyətdən imtina edirlər
N. Ağayev qeyd edir ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və apardığı etnik təmizləmə nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb. Bas konsul vurğulayır ki, Azərbaycan əraziləri ilə yanaşı, Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorla çıxarılıb. N. Ağayev azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Ahıska türkünə də Azərbaycanda sığınacaq verildiyini söyləyərək, bütün qaçqın və məcburi köçkünlərin o vaxtkı Azərbaycan əhalisinin təxminən 15%-ni təşkil etdiyini diqqətə çatdırır. Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini qeyd edən müəllif yazır: “Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də, kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi”.

Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini söyləyir. Diplomat vurğulayır ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi və əzmkarlıq dayanır.

N. Ağayev onu da əlavə edib ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sonda müəllif bildirib ki, hazırda Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr fonunda meydana gələn qaçqınlar problemi ilə mübarizədə və bu bəşəri faciənin aradan qaldırılmasında Azərbaycan nümunəsi Avropa ucun ilham qaynağı ola bilər.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!