"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 14-08-2024, 22:08
Görüşünüzə el oğlu kimi gəlmişəm

Görüşünüzə el oğlu kimi gəlmişəm

Salam, xoş gördük sizləri, əziz həmvətənlərim, elim, obam. Bu yerləri ziyarət etmək, sizlərlə görüşmək mənim üçün çox böyük şərəfdir. Mən bu gün sizin görüşünüzə təkcə deputatlığa namizəd kimi yox, həm də bir el oğlu kimi gəlmişəm. Gəlmişəm yurddaşlarımla görüşəm, dərdləşəm, hal-əhval tutam. İstəyim budur ki, sizlərin istək və arzularınızı özünüzdən öyrənib gələcək işlərimizin istiqamətini sizinlə birlikdə müəyyən eləyək. Yaşımın bu çağında bu fürsəti xalqımıza həqiqi mənada xidmətimi davam etdirmək üçün mənə verilmiş çox böyük şans hesab edirəm. Əgər mənə inanıb səs verərək sizin millət vəkiliniz olmağımı dəstəkləsəniz, boynuma böyük məsuliyyət qoymuş olacaqsınız. Sizin istəklərinizi, arzularınızı, qayğılarınızı yüksək kürsüdən lazımi təşkilatlara çatdırıb, müsbət həllinə nail olmağa çalışacağam. Bütün Azərbaycan xalqının rifahına xidmət edən qanun və qərarların təşəbbüskarı kimi çıxış edib, hamıya fayda verə biləcək real əməllərin ərsəyə gəlməsinə xidmət edəcəyəm.
Mən Qarayev Nizami Müslüm oğlu 1971-ci il 4 may tarixdə Gədəbəy rayonunun İnəkboğan kəndində İkinci Dünya Müharibəsi veteranı ailəsində dünyaya gəlmişəm.

1987-ci ildə kəndimizdəki orta məktəbin 10-cu sinfini bitirmişəm. Elə həmin ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsinə qəbul olmuşam. İki il keçmiş Sovetlər Birliyinin ordu sıralarında xidmət etmişəm. 1991-ci ilin iyun ayında hərbi xidmətdən qayıtdıqdan sonra yağı düşmənin torpaqlarımızda başlatdığı işğalçılıq müharibəsinə qarşı müxtəlif rayonlarda gedən döyüşlərdə iştrak etmişəm. Bu səbəbdən də Politexnik İnstitututunda təhsilimi davam etdirə bilməmişəm. 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ali təhsil almaq üçün DİO-nun Polis Akademiyasına daxil oldum. Daha sonra Moskvada Lomonosov adına Dövlət Universitetitinin magistraturasını və doktoranturasını bitirərək hüquqşunas təhsilinə yiyələnmişəm. Hüquq üzrə fəlsəfə doktoruyam.
Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmışam. Bir neçə yerlərdə rəis müavini, rəis vəzifələrində dövlətə və dövlətçiliyə xidmət edərək yüksək rütbəyə layiq görülmüşəm. Mən xalqımızın və dövlətimizin mənafeyini uca tutmaqla bərabər hər zaman dövlətə və dövlətçiliyə sadiq olmaqda davam edirəm.
Onu da qeyd edim ki, bizim döyüşdüyümüz vaxtlarda atəşkəs elan olunsa da, şükürlər olsun, 2020-ci ildə Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi altında ordumuz torpaqlarımızı işğaldan azad elədi. Mən də sizlərlə bərabər xalqımızın bir nəfəri kimi ordumuza hər cür dəstək olmağa, hətta yenidən döyüşə qatılmağa hazır idim. Amma düşmən ordusu 44 gün ərzində darmadağın olduğundan bizlərə ehtiyac qalmadı. Hətta 3 rayonumuz bir güllə belə atılmadan azad edildi. Möhtərəm prezidentimiz hərbi qələbəmizi beynəlxalq aləmdə, siyasi müstəvidə də təsdiqlətdi, möhkəmlətdi. Odur ki, İlham Əliyevin ordu quruculuğu, beynəlxalq siyasət və digər sahələrdəki uğurlu siyasətini həmişə dəstəkləmişəm, bundan sonra da ənənəmə sadiq qalacağam.

Bəli, bütün bunlarla bərabər, bir sıra həllini gözləyən problemlərin olduğunu da bilirəm. Təqaüd yaşının azaldılması, uşaq pulunun verilməsi, təqaüdlərin artırılması, maaş və minimum əmək haqqının artırılması, kommunal xərclərin azaldılması, limitin ləğv edilməsi, rayonumuzda icbari tibbi xidmətin yüksəldilməsi, xəstəxana, məktəb, iaşə xidməti müəssisələrinin tikilməsi, yeni iş yerlərinin yaradılması, yolların çəkilməsi, körpülərin tikilməsi və s.
Xarakterimdən irəli gələn bir xüsusiyyəti sizlərə çatdırmaq istəyirəm. Məni tanıyanlar yaxşı bilirlər ki, mən az danışıb, çox iş görməyi xoşlayıram. Görə bilməyəcəyim işlər barədə yalançı vədlər vermək mənə yaddır. Ancaq onu sizə söz verirəm ki, mən həqiqi mənada sizin vəkiliniz olacağam. Qapım həmişə seçicilərimin üzünə açıq olacaq. Mənə səs verən, verməyən hər kəsə qarşı eyni münasibətdə olub, onların problemlərini müsbət həll etməyə çalışacağam.
Məndən layiqli hesab edib rəqib namizədlərə səs versəniz, yenə də anlayışla qəbul edib sizin seçiminizə hörmətlə yanaşacağam.
Hamınızı 1 sentyabrda seçki məntəqələrinə gəlib layiq bildiyiniz namizədə səs verməyə çağırıram. Sizlərdən xahiş edirəm, hər biriniz seçki məntəqələrinə gəlməklə fəallıq göstərəsiniz, vətəndaşlıq borcunuzu yerinə yetirəsiniz. Bununla da xalqımızın hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu, fəal vətəndaş mövqeyinizi bütün dünyaya nümayiş etdirmiş olarsınız.
Dövlətimiz, dövlətçiliyimiz, xalqımız, elimiz üçün xeyirli, uğurlu olsun!
Biz birlikdə güclüyük!
Yaşasın bütöv Azərbaycanımız!
Yaşasın bütöv Azərbaycanımızı xalqımıza bəxş eləyən Müzəffər Ali Baş komandan başda olmaqla əsgər və zabitlərimiz.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!