Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 17-05-2016, 14:10
`Aprel döyüşlərində yeni silahlardan istifadə etmədik` - General



Aprelin əvvəlindəki dörd günlük döyüşlərdə Raket və Artilleriya Qoşunları da üzərinə düşən tapşırıqları layiqincə, vaxtında və dəqiqliklə yerinə yetirdi.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “AzeriDefence” jurnalına müsahibəsində Azərbaycan Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.

“Biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik. Yeni alınanlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq elədik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bundan sonra tanklarını döyüş meydanına çıxarmadılar”, – deyə general qeyd edib.

General-mayor Z. Hüseynov qeyd edib ki, döyüşlər zamanı da artilleriya atışlarının idarə edilməsində PUA-lardan geniş istifadə edilib.

“PUA-lardan əlavə, bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlərimiz mövcuddur. Biz döyüşlərdə bundan da praktiki olaraq istifadə etdik. Düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqədən az bir müddətə susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməkliyi oldu. Bu sistemlər həm haubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu eyni zamanda mərmi sərfini azaltdı”.

General bildirib ki, döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olub:

“Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşin nəticəsində şəxsi heyətdə çox itkilər verdilər. Dərinlikdə düşmənin 15-20 toplarını sıradan çıxardıq, eləcə də xeyli sayda hərbi texnikasını. Biz döyüşlər zamanı tapşırığa uyğun olaraq, yaşayış məntəqələrinə, mülki əhali olan yerə atəş açmadıq və qeyd etdiyim kimi, əlimizdə olan müasir texnologiyaların imkanlarından yararlanaraq, yalnız hərbi hədəfləri nişan aldıq. Tam əminliklə deyirəm, son döyüşlərdə düşmənin əks həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!