İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 22-06-2016, 16:46
Estoniyanın baş naziri: “Hamımız istəyərdik ki, bütün münaqişələr dayandırılsın”


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas çıxış edib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, daha sonra o, assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə həlli uzanan münaqişələrlə bağlı sual ünvanlayıb:

“Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr uzun illərdir həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsidir.

BMT Təhlükəsizlik Şurası,AŞPA-nın qəbul etdiyi qərarlar kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə bu qərarların yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır? Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zamanda münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?”

T.Roivas da cavabında münaqişələrin daim diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri saydığını bildirib:

“Biz bu məsələni əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik və razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik.

Əminəm ki, hazırkı məqamda bu məsələlərin hər hansı möcüzəli həlli yolu yoxdur. Biz sadəcə, əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır.

Hamımız istəyərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, parlamentarların edə biləcəyi işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi, daim gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir”.

O, deyib ki, çünki parlamentarlar əslində təsir etmək gücünə malikdirlər:

“Siz - burada təmsil olunan bütün ölkələrin millət vəkilləri - bundan çox yaxşı formada yararlana bilərsiniz”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!