Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                        Laçında ağır qəza - 3 nəfər öldü .....                        Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP .....                        Kenan Piriç rəsmən “Neftçi”də .....                        Dövlət qurumunun əməkdaşı iş başında öldü .....                        Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ .....                        Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq .....                        Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ .....                        "Sağlığında yox, indi Aydınla fəxr edirəm" .....                       
Tarix : 14-03-2017, 18:15
Azərbaycan və Türkiyə iş adamlarının yeni təşkilatı yaradılıb

Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox sayda böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti sədrinin 1-ci müavini Hüseyn Büyükfırat, İdarə Heyəti sədrinin köməkçisi isə Birol Oğuz olacaq.
Azərbaycan və Türkiyənin mövcud potensialının qiymətləndirilməsi üçün hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək; real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək; təkliflər təqdim etmək, bütün tərəflərin məmnun qalmasını təmin etmək TÜİB-i əsas hədəfləri arasındadır.
Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb.
Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən TUİB İdarə Heyətinin sədri A.Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək: "Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq, Azərbaycanda çalışan türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımlar atmaq və onları məlumatlandırmaqdır".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!