İlham Əliyev həmkarına “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO .....                        Bu qurum "Formula 1"ə görə iki gün işləməyəcək .....                        Robert Redford vəfat etdi .....                        İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO .....                        Şimşək çaxacaq, leysan yağacaq .....                        Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər .....                        Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                       
Tarix : 9-05-2017, 18:55
Moskvada "Ölməz alay" aksiyasında ermənilər təxribata əl atıb

Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb.
Butov.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. Belarusskaya metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb.
Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb edib. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.
Eyni ilə aksiyada keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələrindən ermənilərin həmin bayrağı yığışdırması tələb olunub. Lakin polis buna məhəl qoymayıb. Ermənilərlə həmyerlilərimiz arasında mübahisənin qarşısını almaq üçün ermənilərin kolonu OMON-unun müşahiyyəti ilə irəli buraxılıb. Aksiyanın azərbaycanlı iştirakçıları isə bir müddət gözlədilib, onların yürüşə qatılmasına gec imkan verilib.
Qeyd edək ki, "Ölməz alay" aksiyasında Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondununun nümayəndələri iştirak ediblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!