İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                       
Tarix : 3-07-2017, 18:41
Deputatlar ATƏT PA-nın sessiyasına gedir

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaq.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşacaq, sonra Belarusun Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.

Sessiya iştirakçıları plenar iclaslarda günün aktual məsələlərini müzakirə edəcək, ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar. Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Təhlükəsizlik və siyasi məsələlər üzrə Ümumi komitələrin iclaslarında bir sıra qətnamə layihələrinə münasibət bildiriləcək.

Qurumun illik sessiyasında Şərqi Avropada vəziyyət, miqrantlar və qaçqınlar problemi təhlil ediləcək. Ölüm hökmünün ləğvi, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Belarusda vəziyyət kimi məsələlər gündəmdə olacaq.

ATƏT regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişikliyi şəraitində içməli su ehtiyatlarının mühafizəsi vacibliyi önə çəkiləcək. Terrorizmə qarşı mübarizədə ATƏT-in rolunun gücləndirilməsinə, müxtəlif dinlərin nümayəndələrinə qarşı diskriminasiya və dözümsüzlüyün yolverilməzliyinə diqqət yönəldiləcək. Uşaqların internetdə cinsi istismara məruz qalmasının qarşısının alınması üçün texnoloji nailiyyətlərdən istifadə də müzakirə olunacaq. Yeni texnoloji səsvermədən istifadə şəraitində seçkilərin müşahidəsi və digər məsələlərə baxılacaq.

Azərbaycan parlamentinin nümayəndəsi Tahir Mirkişili sessiyada “Multikulturalizm-– qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” mövzusunda hazırladığı qətnamə layihəsini təqdim edəcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!