Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
28-01-2022, 16:57
Prezidentdən Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etməlidir.

Qeyd edək ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Bütöv.az
28-01-2022, 15:37
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, başsağlığında deyilir:

“Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Bütöv.az
28-01-2022, 14:56
İlham Əliyevdən Kunio Mikuriya ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Kunio Mikuriyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, K.Mikuriya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə təltif edilib.

Bütöv.az
28-01-2022, 11:06
İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Makuriyanı videoformatda qəbul edib.

Bununla bağlı Bütöv.az məlumat yayıb.
27-01-2022, 11:18
İlham Əliyev və Mehriban Əliyeva yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Bütöv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

26-01-2022, 13:42
Paşinyanın prezidentliyə namizədi kim olacaq…

“Prezident Armen Sarkisyanın istefasından sonra hökumət üzvləri çılğınlıq içindədirlər, kimin prezidentliyə namizədliyini irəli sürəcəklərinə qərar verə bilmirlər. Baxmayaraq ki, hakim “Mülki müqavilə” partiyası çoxdan istəyirdi ki, prezident bu siyasi təşkilatdan olsun, yəni Armen Sarkisyandan qurtulsunlar. Amma yeni prezidentin təyinatı məsələsinin onlar üçün böyük problem olacağını təsəvvür etmirdilər”.

Bu fikirləri Ermənistanda çıxan “Joğovurd” qəzeti yazıb. Qəzet qeyd edir ki, indi həm hakim partiya, həm də eyni adlı parlament çoxluğu baş nazir Nikol Paşinyanın iştirak edəcəyi növbəti iclası gözləyir. Verilən məlumata görə, hökumətin Dilicanda təxirə salınan iclası yəqin ki, bu həftəsonu baş tutacaq. Yalnız bundan sonra hakim partiyanın prezidentliyə namizədinin kim olduğu bilinəcək.

“Məsələ burasındadır ki, Paşinyan prezidentliyə namizədi şəxsən seçib onu komanda yoldaşlarına təqdim edəcək və yəqin ki, partiya üzvləri namizəd seçiminə nə etiraz edəcək, nə də bu barədə müzakirə aparacaq”, - qəzet yazır.

Hakimiyyət mətbuatında bir neçə prezidentliyə namizədin adı nəzərdən keçirilsə də, Paşinyanın son anda öz komandasından birini prezident postuna gətirəcəyi istisna olunmur. Nikol Paşinyan son mətbuat konfransı zamanı yeni prezidentin hökumət və parlament çoxluğu, “Mülki müqavilə” partiyası ilə ahəngdar işləməli olduğunu vurğulayıb. O xatırladıb ki, hələ ötən il Baş Qərargah rəisi Onik Qasparyan baş

nazirin istefasını tələb edərkən Armen Sarkisyan onun vəzifədən azad edilməsi haqqında fərmanı imzalamaq istəmirdi.

“Həmin harmoniyanın olmaması səbəbindən bizim çox ciddi çətinliklərimiz var idi, bəlkə də o anda hətta onların dərinliyini qeyd etməmişdik. Xüsusən də Baş Qərargahın ötən il məşhur bəyanatı kontekstində bu, ümumiyyətlə, hökumətin problemi deyildi, bu, icra hakimiyyətinin problemi deyildi, mənim qiymətləndirməm odur ki, biz o zaman dövlətçiliyi itirmək ərəfəsində idik”, -Paşinyan bildirib.

A.Qorxmaz

Bütöv.az
25-01-2022, 19:19
İlham Əliyev Volodimir Zelenskiyə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Bütöv.az
25-01-2022, 12:54
İlham Əliyev iranlı naziri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Bununla bağlı Bütöv.az məlumat yayıb.
24-01-2022, 13:42
İlham Əliyev Qətərlə viza rejiminin ləğvi haqqında qanunu TƏSDİQLƏDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib.

Bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.

Bütöv.az
21-01-2022, 13:05
Bukelenin Ankara səfəri: Pərdəarxasından boylanan niyyətlər – TƏHLİL

Türkiyənin xarici siyasət prioritetlərinin önündə yeni strateji panorama açılır. Ankaranın hədəflərini şaxələndirmək üçün yaratdığı istiqamətlərdə Mərkəzi Amerika (Latın Amerikasının bir hissəsini əhatə edir) ölkələri ilə münasibətlərin yaxşılaşdırılması da dayanır.

Yanvarın 20-də Ankarada səfərdə olan Salvadorun Prezidenti Nayib Bukelenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qəbulunda olması da Ankaranın Latın Amerikasına yön alan siyasətində növbəti səhifə açıldığını göstərir.

Ankara-San Salvador əlaqələri Türkiyənin müşahidəçi statusunda olduğu Amerika Dövlətləri Təşkilatı, Mərkəzi Amerika İnteqrasiya Sistemi, Karib Hövzəsi Dövlətləri Assosiasiyası, Karib Birliyi, MERKOSUR kimi təşkilatlardakı mövqeyinin güclənməsi və strateji maraqlarının təmini önündə duran maneələri aşmaq baxımından önəmlidir.

Beynəlxalq konyunkturada nüfuz dairələrinin statik vəziyyətdən çıxarılıb yenidən bölüşdürülməsi uğrunda aparılan savaşın nişanələrinin aydın nəzərə çarpdığı bir zamanda dövlətlər var olma instinktini işə salaraq güclənməyin formulunu axtarır.

Dünyanın siyasi sistemi üçün ortaya çıxan yeni sınaqlar, bir qədər gözdən-könüldən “uzaq düşmüş” yerləri də yada salmağa təhrik edir.

Türkiyə-Salvador münasibətlərinin rəngini açmaq prosesinin başlaması da həmin strateji məntiqdən doğur.

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti zamanı ölkənin Latın Amerikası regionu ilə əlaqələrinin səviyyəsi yüksəlib.

Bəzi məqamları diqqətə çatdırmaq istərdik:

1. 2002-ci ildə Türkiyə ilə Latın Amerikası ölkələri arasında ticarətin həcmi 1 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm 15 milyard dollar təşkil edib,

2. Türkiyə 15 milyardlıq həcmi iki və ya üç dəfə artırmağı qarşıya məqsəd qoyub,

3. Türkiyəli biznesmenlərin həmin regionda investisiyalarını artıracağı gözlənilir.

İqtisadi pəncərələrin artması siyasi məramın yerinə yetirilməsində baryer olan düyünlü nöqtələri açır ki, bu da Ankaranın xeyrinədir.

Nayib Bukelenin Türkiyəyə səfərində iki ölkə arasında iqtisadiyyat, ticarət, diplomatiya, müdafiə sənayesinə dair altı sənəd imzalanıb ki, bu da əlaqələri yüksək səviyyəyə çatdırmaq yolunda vacibdir.

Burada ən diqqət çəkən məqam müdafiə sənayesi ilə bağlı sənəddir, hərçənd ki, sənədin mətni açıqlanmır. Lakin düşünmək mümkündür ki, Türkiyənin Salvadora müdafiə sənayesi məhsulları ixrac edəcəyi gözlənilir ki, bu da Latın Amerikası ölkəsinin ordu gücünü artırmağa hesablanıb.

Salvadorla hərbi sahədə əməkdaşlıq Türkiyənin Mərkəzi Amerikadakı hərbi iştirakı üçün əsaslar yaradır.

Təbii ki, bu proseslərdə Türkiyənin təkbaşına hərəkətlilik nümayiş etdirməsi barədə düşüncələrə dalmaq sadəlövhlük olardı. Yəqin ki, Qərb siyasi dairələrinin “dərin beyinləri” Türkiyənin artan qüdrətini öz yararına yönəltmək istəyir.

Rusiyanın Venesuelada və Kubada hərbi baza yaratmaq ideyalarının dövriyyədə olduğu zamanlarda Qərb digər oyunçuların regiona gəlməsinə şərait yaradır.

Bukelenin Ərdoğanla birgə mətbuat konfransında verdiyi mesajın alt qatında Türkiyənin Mərkəzi Amerikada aktiv siyasi gücə çevrilməsinin izlərini görürük.

Bukele deyib: “Türkiyə daha böyük güc olacaq və bu, dünya üçün önəmli rol oynayacaq. Biz də Türkiyənin böyüməsinin bir parçası olmaq və onu müşayiət etmək istəyirik”.

Təəssüflər olsun ki, siyasi-strateji vitrinə yeni “məhsullar”ın qoyulması beynəlxalq güclər arasında qarşıdurmaya rəvac verir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!