İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 12-11-2018, 13:08
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya günü
Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.
Butov.az 525.az-a istinadən xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq bildirib ki, Konstitusiya günü Azərbaycanın əlamətdar tarixləri sırasında dövlət, dövlətçilik, xalqın taleyi, gələcəyi və inkişafı ilə bağlı çox mühüm bir tarixi gündür. Dünyada 5000 milli-etnik qrupa aid xalq və millətlərin mövcud olduğunu deyən Akademiyanın rəisi onlardan yalnız 200-ə qədərinin öz dövlətini qura bildiyini diqqətə çatdırıb.
Qulu Novruzov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının qeyd edildiyini xatırladaraq, Azərbaycan xalqının 100 il bundan əvvəl öz dövlətini yaratdığını, dövlətçilik tarixi ənənəsinə malikolduğunu bildirib.
Konstitusiya gününün bayram kimi qeyd edilməsinin əhəmiyyətindən danışan Akademiyanın rəisi xüsusilə gənclərin bu məsələnin mahiyyətinə varmalarının vacib olduğunu qeyd edib. “Bu günün mahiyyətini anlamaq hər birimiz üçün ümdə vəzifədir” -deyə, o bildirib.
Konstitusiyanın hər bir dövlətin əsas sənədi hesab edildiyini vurğulayan rəis dövlətin bütövlükdə qanunvericilik bazasının bilavasitə Konstitusiya ilə bağlı olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, daha da inkişaf etmiş dövlət olması, rəqabət qabiliyyətli olması, dayanıqlı inkişafın təmin olunması üçün gənclərin bacarığı, səriştəsi, dövlət və dövlətçilik təfəkkürünə malik olması çox əhəmiyyətlidir.
Gömrük xidmətinin dövlətin təhlükəsizliyi,o cümlədən, milli təhlükəsizliyi ilə bağlı xüsusi missiya daşıdığını nəzərə çatdıran natiq bu ali təhsil ocağında bu cür tədbirlərin əhəmiyyətinin çox böyük olduğunu deyib. Azərbaycanın dünyada layiqli yer tutması üçün gənclərin, xüsusilə Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin bilikli, savadlı, öz dünyagörüşü ilə beynəlxalq səviyyədə rəqabətə girə bilmək bacarığının olmasının vacibliyini qeyd edib.
Q.Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının hazırlanmasında əvəzolunmaz xidmətlərindən söz açaraq, Azərbaycanın bu günkü hərtərəfli inkişafının məhz Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib.
O, Azərbaycan prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə həyata keçirdiyi siyasi strategiyası nəticəsində ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb. Akademiyanın rəisi tələbələri və əməkdaşları “Konstitusiya günü” münasibətilə təbrik edib.
Akademiyanın müəllimi Elşad Nəsirov “Konstitusiya hər bir Azərbaycan vətəndaşının hüquqlarının və azadlıqlarının təminatçısıdır” mövzusundaməruzə ilə çıxış edib.
O, öz məruzəsində Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışaraq, ölkəmizin keçdiyi tarixi yola qısa ekskurs edib. Sovet hakimiyyəti illərindəAzərbaycanda dörd dəfə Konstitusiyanın qəbul edildiyini və dəyişikliklərin olunduğunu diqqətə çatdıran natiq, Azərbaycanın sayca dördüncü Konstitusiyasında məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu qeyd edib.
Elşad Nəsirov 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunu xatırladaraq, 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiyanın yaradıldığını nəzərə çatdırıb. Nəhayət, 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini deyib.
E.Nəsirov Konstitusiyanın müddəalarına ayrı-ayrılıqda nəzər salaraq, Azərbaycan Konstitusiyasının layihəsinin demokratik dövlətlərin konstitusiya müddəaları əsasında hazırlandığını da vurğulayıb. Elşad Nəsirov 2002, 2009, 2016-cı illərdə Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilən dəyişiklikləri dünya iqtisadi məkanına sürətlə inteqrasıya edən ölkəmizin inkişafı ilə bağlı zərurət kimi qiymətləndirib. Sonda o, bayram münasibətilə Akademiya tələbələrinə təbriklərini çatdırıb.
Tədbirin sonunda Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!