İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 14-11-2018, 14:44
Pensiyalar nə qədər artacaq? – Nazir açıqladı
Milli Məclis “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunun layihəsini müzakirəyə çıxarıb.
Butov.az Axar.az-a istinadən xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsi haqqında deputatlara məlumat verib. Komitə sədri bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin 33,4 faizi sosial sahəyə ayrılıb. Onun sözlərinə görə, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi 3 milyard 928 milyon manat olacaq. Bu vəsaitin 61,5 faizi dövlət sosial sığorta yığımı hesabına toplanıb. 1,5 milyard manat isə qeyri-dövlət qurumlarından formalaşdırılıb.
Qeyd edək ki, növbəti ildə DSMF-nin gəlir və xərcləri 3 milyard 928,1 milyon manat nəzərdə tutulur.
Büdcənin xərclərinin əsas hissəsi əhaliyə ödənişlər, pensiya üzrə xərclərdir. DSMF-nin büdcəsinin xərclərinin 95,3 faizi pensiya ödənişləri, 2,3 faizi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət, 2,4 faizi isə digər xərclər üçün nəzərdə tutulub.
Əmək və Əhalisinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkədə 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir. 65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6,3 faiz təşkil edəcək. Ölkədə əmək qabiliyyətli insanların çox olması pensiya sisteminin maliyyə dayanıqlığını daha möhkəm edir. Gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 2019-cu ildə pensiyaların orta məbləği 240 manatın üzərində olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində müəyyən olunur.
Nazir bəyan edib ki, korrupsiya, sui-istifadəyə qarşı ciddi işlər aparılır.
Qeyd edək ki, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.
İşsizlikdən sığorta fondu üçün 83 milyon manat nəzərdə tutulub. Bu maliyyə əsasən işsizliyə görə ödənişlər, peşə fəaliyyəti, əlavə təhsil, məşğulluq, əmək yarmarkalarının təşkili və digər sahələrə ayrılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!