Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 15-11-2018, 09:40
Baş nazir qida məhsulları ilə bağlı qərar verdi
Nazirlər Kabineti "Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nı təsdiq edib.
Butov.az Modern.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb ki, qida təhlükəsizliyi qeydiyyatına aldığı subyektlərə və yeyinti məhsullarına verdiyi qida təhlükəsizliyi sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi Sisteminin (AQTS) Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin nümunələrinin Dövlət Gömrük Komitəsinə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.
Qaydaya əsasən Agentlik və Komitə qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və qida məhsullarının idxal-ixrac mərhələsində gömrük sərhəd buraxılış məntəqələrində keçidinin sürətləndirilməsi məqsədi ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər, o cümlədən Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış və reyestrə daxil edilmiş subyektlər, habelə qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlər, həmçinin qida məhsullarının gömrük ərazisinə daxil olması və çıxması barədə məlumatların mübadiləsini həyata keçirirlər. Komitə qida məhsullarının idxalatçıları, o cümlədən Agentlik tərəfindən qeydiyyata alınan subyektlərin idxal etdikləri qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən faktiki keçirildiyi vaxt, yaxud həmin malların buraxılışının dayandırılmasının səbəbləri (qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması, qida məhsulları, qida məhsullarının istehsalçıları və malların göndərildiyi ölkələrdə qida təhlükəsizliyi sahəsində mövcud olan təhlükəli hallar, habelə digər potensial təhlükələr barədə məlumat daxil olması) və malların təyinat yerlərinə (gömrük orqanlarına) çatdırılması haqqında məlumatları real vaxt rejimində Agentliyə ötürür. Bu məlumatların mübadiləsi Agentlik və Komitə arasında elektron formada həyata keçirilir. Tərəflər arasında məlumatların elektron qaydada mübadiləsi mümkün olmadıqda, kağız daşıyıcılarda və ya şifahi məlumatlar da qəbul oluna bilər. Bu məlumatlar 24 saatdan gec olmayaraq, elektron poçt və ya sifarişli poçt göndərişi vasitəsilə yazılı şəkildə təsdiq edilməlidir.


Dövlət reyestrində qeydə alınmış və ya reyestrdə olmayan subyektlərin ünvanına idxal olunan qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə gömrük orqanları tərəfindən aşağıdakı hallarda icazə verilir:


- qida məhsullarının daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olduqda;


- Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər və ya qarşılıqlı saziş olmayan ölkələrdən gətirilən qida məhsullarının təhlükəsizliyini təsdiq edən və beynəlxalq sazişlər və ya təşkilatlar tərəfindən müəyyən olunmuş nümunəvi formaya əsasən tərtib edilmiş sertifikatlar təqdim edildikdə.


Gömrük orqanları dövlət reyestrində qeydə alınmış subyektlərin və barəsində reyestrdə məlumat olmayan şəxslərin idxal etdikləri malların gömrük rəsmiləşdirilməsini başa çatdıraraq, bu barədə Agentliyin gömrük orqanlarında fəaliyyət göstərən nümayəndəsinə elektron məlumat mübadiləsi sistemi vasitəsilə dərhal bildiriş ötürürlər. Bildirişin alınması Agentik tərəfindən elektron məlumat mübadiləsi sistemində dərhal təsdiq olunur. Dövlət reyestrində qeydə alınmayan şəxslərin ünvanına gətirilmiş qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı Agentiyin mütəxəssislərinə qida təhlükəsizliyi baxımından nəzarət tədbirlərinin (ekspertiza məqsədi ilə prob və nümunələrin götürülməsi, sənədlərin yoxlanılması) aparılması üçün gömrük orqanları tərəfindən şərait yaradılmalıdır. Qida məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının mövcudluğunun gömrük orqanları tərəfindən real vaxt rejimində yoxlanılması məqsədi ilə Agentlik qida təhlükəsizliyi sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi Sisteminə (AQTS) giriş imkanlarının yaradılmasını təmin edir.


Gömrük orqanları gömrük sərhəd buraxılış məntəqələrində diri heyvanların ölkəyə idxal olunması ilə bağlı məlumatları qeydə aldığı hallarda dərhal bu barədə elektron məlumat mübadiləsi sistemi vasitəsilə Agentliyin məlumatlandırılmasını təmin edir və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması məqsədi ilə diri heyvanların Agentlik tərəfindən müəyyən olunmuş yerlərə daşınmasına Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq sertifikatı yoxlanıldıqdan sonra icazə verir. Ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar Komitəyə təqdim edilmədiyi hallarda dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən həmin ölkələrə məxsus baytarlıq nəzarətində olan malların (diri heyvanlar istisna olmaqla) Azərbaycan ərazindən tranzit keçirilməsi ilə bağlı müraciətlər qeydə alındıqda, həmin malların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində qoyulmuş gömrük təminatı vasitələrinin toxunulmazlığı və bütövlüyü təsdiq olunduqda, onlara dair ixracatçı ölkələr tərəfindən verilən baytarlıq sertifikatları əsasında tranzit keçirilməsinə gömrük orqanları tərəfindən icazə verilir.


Agentlik istehlakçıların qida məhsulları sahəsində təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı məlumatları elektron məlumat mübadiləsi sistemi vasitəsilə Komitəyə ötürür:


- qida məhsulları üzrə risklərin təhlili və qiymətləndirilməsi nəticəsində Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə;


- genetik modifikasiya olunmuş qida məhsullarının dövriyyəsi sahəsində qadağa və məhdudiyyətlərə dair tələblərin icrası məqsədi ilə Agentlik tərəfindən keçirilən monitorinqlərin nəticələri barədə;


- ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə;


- idxal olunan diri heyvanların sağlamlığının müəyyənləşdirilməsi ilə bağlı onların təcrid olunmuş halda saxlanılması üçün müəyyən edilmiş yerlər barədə.


Komitə ona verilən məlumatlar əsasında ölkəyə idxal olunan qida məhsullarının genetik modifikasiyaya məruz qalıb-qalmadığının Agentlik tərəfindən müəyyənləşdirilməsi üçün tədbirlər görür. Qanunvericiliyə əsasən tanınmış sertifikata malik və ya istehsalçısı Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış idxal olunan qida məhsullarının gömrük sərhəd buraxılış məntəqələrindən "Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə keçirilməsi Komitə tərəfindən təmin edilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!