Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 14-02-2019, 14:08
1000 ədəd siqaret üçün 20 manat vergi alınacaq

Cari il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) əlavə edilməklə aşağıdakı aksiz vergisi dərəcələri müəyyənləşdirilib: alkoqollu energetik içkilər – hər litrinə 2 manat; alkoqolsuz energetik içkilər –litrinə 3 manat; elektron siqaretlər üçün maye –litrinə 20 manat; avtobuslar üzrə - mühərrik həcminə uyğun olaraq 2 manatdan 10 manatadək (istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 min kilometrdən artıq olduqda, 1,5 əmsal tətbiq edilməklə).
Həmçinin, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 12 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək 1000 ədədinə 20 manat və siqarlar üzrə əvvəl tətbiq olunan 1000 ədədinə 10 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək, bir ədədinə 1 manat olaraq müəyyənləşdirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!