Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
Tarix : 1-03-2019, 07:53
231 ailə birləşərək toxum istehsalı kooperativi yaradıb

Azərbaycanda torpaqların konsolidasiyası və kooperativlərin yaradılması istiqamətində daha bir uğurlu addım atılıb.
Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabirabad rayonunun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar. “Sabirabad rayonu axısxalılar toxum istehsal kooperativi” Azərbaycanda ilk toxum istehsalı kooperatividir. Qurum “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında yaradılıb.
“Torpaq islahatı haqqında” qanuna uyğun olaraq Axısxa kəndinin vətəndaşlarına ümumilikdə 1 084 ha torpaq sahəsi verilib. Yeni yaradılmış kooperativ ümumilikdə 709 nəfərdən ibarət 231 ailəni birləşdirir. Kooperativ üzvlərindən 346 nəfəri kişi, 363 nəfəri qadındır. Kooperativin sərəncamında ümumilikdə 730 hektar torpaq sahəsi var.
Qeyd edək ki, aqrar sektorun effektiv inkişafının təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən sayılır. Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabət qabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarda çıxışı təmin etmək üçün ən optimal yol kooperativləri inkişaf etdirməkdən keçir. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı ilə əlaqədar olaraq 2016-cı il iyunun 14-də “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib. Həmin qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Kooperativlərin yaradılmasında başlıca məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperativ üzvlərinin iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək. Torpaq və digər əmlakın birləşdirilməsi ilə kooperativ təsərrüfatın yaranması fermerlərə öz aralarında fəaliyyət bölgüsü aparmağa imkan verəcək, həmçinin iri investisiya layihələrinin tətbiqinə, mövcud texnikadan qarşılıqlı istifadə edilməsinə, yeni texnikaların alınmasına, bank ödənişlərinin vaxtında həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıblar. Kooperativin ümumi sahəsi 850 hektardır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!