“Qarabağ” məğlub olsa da, "pley-off"a keçdi .....                        Ordumuz hazırdır, barmaqlar tətikdədir - İran XİN .....                        “Qarabağ”-“Liverpul” matçında ikinci qol vuruldu .....                        Qara dəniz sahilində mina tapıldı .....                        FED faiz qərarını AÇIQLADI .....                        Həmyerlilərimiz “Qarabağ” üçün bir araya gəldilər - FOTO .....                        Avropadan Ermənistana 20 milyonluq hərbi yardım .....                        Marneulidə faciə - iki azərbaycanlı həlak oldu .....                        DİM bunun üçün 230 min xərcləyəcək .....                       
Tarix : 25-09-2019, 12:27
Azərbaycanda hava məlumatları üçün yeni sayt yaradılır
Hava məlumatlarının daha operativ çatdırılması üçün ETSN tərəfindən yeni sayt hazırlanıb.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, hava şəraitinin necə olacağı hamını maraqlandıran bir məlumatdır: "Müasir dövrdə insanlar hava proqnozlarını dinləyib öz planlarına müəyyən düzəlişlər edirlər. Bu informasiyanın əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri də sosial şəbəkələr və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır. Əhali bunların hansının doğru, hansının yalnış olduğunu, hansının rəsmi məlumat olduğunu adətən araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla, əhaliyə, bizim ölkəyə səfərlərini planlaşdıran insanlara daha dolğun, digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanını verəcək.
Saytımızdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə edə bilərsiniz. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.
Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən artıq tarixə malik olduğunu nəzərə alaraq illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim ediləcək (konkret gün üçün mütləq minimum və mütləq maksimum temperaturu)".
U.Tağıyeva bildirib ki, sayt istifadəçilərinin müxtəlif maraq dairələrini nəzərə alaraq burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər.
ETSN rəsmisinin sözlərinə görə, saytın digər özəlliyi bundadır ki, bəzi fiziki imkanları məhdud olan insanlar da nəzərə alınaraq, onlar üçün səsli hava proqnozları təqdim ediləcək:
"Bununla yanaşı hava-iqlim mövzusunda istər ölkəmizdə, istər dünyada baş verən proseslər və hadisələr işıqlandırılacaq.
Məqsədimiz əhalinin hava məlumatı sahəsində marağını təmin etmək olduğu üçün istifadəcilər tərəfindən bizə daxil olan arzu və təklifləri də nəzərə alınacaq".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!