Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 3-12-2019, 11:41
Şəki Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Butov.az-a verilən məlumata görə, tədbirdə 100-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasının önəmini vurğulayaraq, “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Şəki şəhərində və əsasən tələbələr arasında keçirilməsinin vacibliyini qeyd etmişdir. Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində ərsəyə gətirilmiş “Hər qaranlığı işıq qovar” adlı sənədli film Şəki Dövlət Regional Kollecində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Şəki Dövlət Regional Kollecinin tələbələri ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.
Şəki Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!