Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 3-02-2020, 13:35
“Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

“ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati, “İTOÇU Oyl” kompaniyasının maliyyə dəstəyi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr edilmiş “Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Butov.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “İTOÇU Oyl Eksploreyşn ink” kompaniyasının Azərbaycan Respublikasındakı “CİECO Azərbaycan” nümayəndəliyinin direktoru Kengo Kimura, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori və digər qonaqlar iştirak ediblər.
Müsabiqənin məqsədi iqlim dəyişikliyi ilə mübarizə aparmaq, təsirlərin azaldılması üçün tədbirlər həyata keçirmək və ona uyğunlaşmaq yolunda zəruri addımlar atılmasıdır.
Həmçinin müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etmək əsas hədəflərdir.
Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediliblər.
Sərgidə 104 rəssamın əl işi sərgilənib.
“Yaşıl İncəsənət” III sərgi müsabiqəsi “Ekologiya ayı” layihəsi çərçivəsində keçirilib. Layihə çərçivəsində Şirvan və Qızılağac Milli Parklarında kiçik günəş enerjisi istehsal edən qurğular quraşdırılıb. Bu fəaliyyət CO2 tullantılarını azaltmaq üçün böyük töhfə olacaq.
“Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
“Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!