Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
Tarix : 21-10-2020, 12:41
Düşmən hücumundan əziyyət çəkənlərə yardım kampaniyasına başlandı

Döyüş meydanındakı məğlubiyyəti ilə barışa bilməyən, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutaraq, mülki əhaliyə qarşı cinayət törətməkdə davam edir.
Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur.
Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir. Bu günlərdə möhkəm birlik nümayiş etdirən xalqımız hücumlardan zərər çəkmiş vətəndaşlarımıza öz dəstəyini göstərmək üçün səylərini davam etdirir.
Butov.az Oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə “#Birlikdəstək” (Birlikdə Dəstək) adlı aksiyaya start verilib. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilmiş vətəndaşlarımıza yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə, zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, uşaq, qadın və kişilər üçün yararlı geyimlər, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. çatdırılması planlaşdırılır. İanə edilən məhsullar könüllülər tərəfindən ünvanlara çatdırılacaq.
Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərlər.
Link: https://drive.google.com/file/d/1xP4XrZCLKuWzZ1OUrayrwfuEHJcO--r3/view
Qaynar xətt: (070) 2668090


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!