Daha bir marşrut üzrə avtobuslar yeniləndi .....                        Vardanyanın məhkəməsi yekunlaşdı - YENİLƏNİB .....                        İlham Əliyevlə Vensin məhdud tərkibdə görüşü keçirilir .....                        Azərbaycan Prezidenti ABŞ-nin Vitse-prezidentini qarşıladı .....                        Deputatlar 10 məsələ üçün toplaşır - GÜNDƏLİK .....                        ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO .....                        Naxçıvanda sabiq hərbi komissara iş kəsildi - 8 il .....                        Nərimanın getməsi bizim üçün ürəkaçan deyil - Qurban Qurbanov .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik - DETALLAR .....                       
Tarix : 11-03-2021, 15:25
"Azəriqaz" gözlənilən sərt hava şəraiti ilə bağlı müvafiq tədbirlərə başlayıb

Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda martın 12-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, güclü küləyin əsəcəyi barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatını əsas tutaraq “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatında problemlərin yaşanmaması üçün müvafiq tədbirlərə başlayıb.

Butov.az xəbər verir ki, “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə, ən qısa zamanda aradan qaldırılacaq. Müvafiq strukturlar üzrə əlavə işçi qüvvələrinin də xidmətə cəlb edilməsi gözlənilir.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.

Onu da qeyd edək ki, martın 12-də saat 14:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımda olacaq. Abonentlər onları maraqlandıran sualları baş direktora ünvanlaya bilərlər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!